Prayk

Mühasib

Kelishiladi
TekshirilganKecha
Shahar
Bakı
Kategoriya
Moliya
Sana
Koʻrishlar
4
Raqam
№4298573

Tavsif

Vəzifə öhdəlikləri: Bank əməliyyatlarının ERP-mühasibatlıq bazasında işlənməsi; Qaimələrin tərtib edilməsi; Debitor borclarının uçotuna nəzarət edilməsi, üzləşmələrin aparılması və zəruri düzəlişlərin həyata keçirilməsi; Bank hesabları üzrə üzləşdirmələrin (Bank Reconciliation) aparılması üçün təsdiqedici sənədlərin və məlumatların hazırlanması; Kreditor borcları (Accounts Payable – AP) və ödəniş əməliyyatları üzrə məsul əməkdaşa dəstək göstərilməsi, zərurət yarandıqda həmin funksiyaların əvəz edilməsi; Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi. Namizədə dair tələblər: Ali təhsil (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə); MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmə bacarığı (formullar, Pivot Table, VLOOKUP/XLOOKUP); Mikro və ya digər mühasibat uçotu proqramları ilə işləmə bacarığı; ERP sistemləri üzrə biliklərin olması üstünlükdür. PMS, ACCA və digər yerli və beynəlxalq sertifikatların olması üstünlükdür; Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (ingilis və ya rus dili biliyinin olması üstünlükdür); Analitik düşünmə bacarığı; Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Müstəqil qərarvermə və təşəbbüskarlıq. İş şəraiti: Əmək haqqı: Razılaşma yolu ilə İş rejimi: 5 günlük; İş saatı: 09:00-18:00; Ünvan: Bakı şəhəri, Nərimanov rayonu. Vakansiyaya müraciət etmək üçün namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/197932/muhasib