Prayk
Mühasib — Maliyyə
Kelishiladi

Mühasib

Tahlil qilinganKecha
Kategoriya
Moliya
Sana
Koʻrishlar
14
Raqam
№4845081

Tavsif

İş şəraiti Şəhər: Bakı İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı) Əmək haqqı: Razılaşma əsasında Əsas vəzifə və öhdəliklər Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınması; Mühasibat əməliyyatlarının 1C proqramına daxil edilməsi və müvafiq hesablar üzrə məlumatların yoxlanılması; Bank əməliyyatlarının aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi; Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi; Elektron qaimə-fakturaların hazırlanması və müvafiq əməliyyatların uçota alınması; Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşdirilməsi; Vergi hesablamalarının aparılmasında və vergi bəyannamələrinin hazırlanmasında iştirak; Dövlət qurumlarına təqdim edilən hesabatlar üçün müvafiq məlumatların hazırlanması; Aylıq, rüblük və illik bağlanış proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi; Maliyyə hesabatlarının hazırlanması üçün zəruri mühasibat məlumatlarının toplanması və yoxlanılması; Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və köməkçi reyestrlərlə üzləşdirilməsi; Audit və digər yoxlamalar zamanı tələb olunan mühasibat sənədlərinin və məlumatlarının hazırlanmasına dəstək göstərilməsi; Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi. Namizədə tələblər Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Mühasibatlıq və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə əsas biliklər; PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük verilir; 1C mühasibat proqramı ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı; Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili arzuolunandır; ACCA F3 (Financial Accounting), ACCA F7 (Financial Reporting) üzrə sertifikatlar; Yüksək analitik və riyazi düşünmə qabiliyyəti; Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik; Komandada işləmək, tapşırıqları vaxtında və düzgün yerinə yetirmək bacarığı CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasib” qeyd edin. Son müraciət tarixi: 19.11.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© ABB-İnvest İnvestisiya Şirkəti QSC jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp