Prayk
Mühasib köməkçisi — Maliyyə, Bakı
Kelishiladi

Mühasib köməkçisi

TekshirilganKecha
Shahar
Bakı
Kategoriya
Moliya
Sana
Koʻrishlar
7
Raqam
№4719465

Tavsif

İş haqqında məlumat: ALARNA — mühasibat uçotunun avtomatlaşdırılması, eləcə də istehsal, pərakəndə və maliyyə təşkilatları üçünkompleks proqram həllərinin hazırlanması və tətbiqi sahəsində 20 ildən artıq təcrübəyə malik konsaltinq şirkətidir.Genişlənən komandamıza qoşulacaq, məsuliyyətli, peşəkar, inkişafa açıq mühasib köməkçisi axtarırıq.Vəzifə öhdəlikləriİlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və düzgün rəsmiləşdirilməsi;Elektron qaimə-fakturaların, hesab-fakturaların, qəbzlərin, çeklərin və digər maliyyə sənədlərinin işlənilməsi, toplanması və sistemləşdirilməsi;Nağd və nağdsız ödəniş əməliyyatlarının düzgün və operativ şəkildə həyata keçirilməsi;Bank əməliyyatları, ödənişlər və qarşılıqlı hesablaşmalar üzrə sənədlərin hazırlanması və icrasına dəstək göstərilməsi;Debitor və kreditor borclarının uçotunun aparılmasına dəstək göstərilməsi;Mühasibat və kassa əməliyyatları üzrə məlumatların 1C proqramına daxil edilməsi və düzgünlüyünün yoxlanılması;Kassa qalığına nəzarət edilməsi, kassadakı pul vəsaitlərinin və sənədlərin tamlığının təmin olunması;Gündəlik və aylıq kassa hesabatlarının hazırlanması, müvafiq sənədləşmə işlərinin aparılması;Vergi uçotu və maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;Maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və daxili prosedurlara riayət olunması;Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;Baş mühasibin tapşırıqlarının vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirilməsi. Tələblər: Ali təhsil (mühasibat uçotu və audit, maliyyə və ya iqtisadiyyat ixtisasları üstünlükdür);Azərbaycan və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (mütləqdir);Müvafiq sahədə iş təcrübəsi 2-3 il;MS Office proqramları (xüsusilə Excel) üzrə yüksək səviyyədə bilik;1C proqramında işləmək bacarığı;Mühasibat uçotu standartları və maliyyə prosedurlarını bilmək;Maliyyə hesabatları, büdcələmə, vergi uçotu və audit sahəsində məlumatlılıq;Analitik düşüncə, dəqiqlik və detallara diqqət;Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;Müştərilərlə ünsiyyət qurmaq, onların tələbat və tələblərini öyrənmək, sifarişləri qəbul etmək və icrasını təmin etmək bacarığı.Şirkət tərəfindən təklif olunurƏmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;Peşəkar inkişaf və təcrübə qazanmaq imkanı;Peşəkar və dəstəkləyici iş mühiti;Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müzakirə olunur;İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 30/10/2026
REKLAMA