Prayk

Mühəndis-konstruktor

Kelishiladi
Tekshirilgan3 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№2666324

Tavsif

İş barədə məlumat - Texniki tapşırıq və müvafiq standartlara uyğun olaraq məhsul və ya konstruksiya layihələri hazırlamaq - Texniki çertyojlar, spesifikasiyalar, eskizlər və texniki hesabatlar tərtib etmək - Layihələndirmə üçün uyğun materialların və avadanlıqların seçimini həyata keçirmək - Layihələrin konstruktiv və texnoloji həllərini optimallaşdırmaq və inkişaf etdirmək - Mövcud konstruksiyalarda dəyişikliklər aparmaq və onların təkmilləşdirilməsini təmin etmək - Hazırlanmış layihə sənədlərinin beynəlxalq və yerli standartlara (ISO, GOST və s.) uyğunluğunu təmin etmək - İstehsalat proseslərinin layihə sənədlərinə və texniki həllərə uyğun şəkildə icrasına nəzarət etmək - Texniki təcrübə sınaqlarında iştirak etmək və əldə edilən nəticələr əsasında layihələrə düzəlişlər tətbiq etmək - İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək - Ona həvalə olunmuş layihə və texniki tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək - Hazırlanmış texniki sənədlərin düzgünlüyünə və normativ texniki standartlara uyğunluğuna cavabdeh olmaq - Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulmasına yol verməmək - Layihə sənədlərində və konstruktiv həllərdə buraxılmış texniki və funksional səhvlərə görə məsuliyyət daşımaq - İstifadəsində olan texniki sənədlərin, avadanlıq və layihə materiallarının qorunmasına və düzgün saxlanmasına cavabdeh olmaq - İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək - Əmək haqqı: 1000 -1200 AZN (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər) - İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi. Namizədə tələblər - Ali texniki təhsil (mühəndis-konstruktor ixtisası üzrə); - Texniki çertyoj, 3D modelləşdirmə və CAD proqramlarında (AutoCAD, SolidWorks, və s.) işləmə bacarığı; - Standartlaşdırma və texniki normativlər üzrə biliklər; - Layihələndirmə, hesablama və texniki sənədləşmə bacarığı; - Təhlükəsizlik texnikası qaydalarını bilmək və tətbiq etmək; - Dil bilikləri: Rus dili; İngilis dili bilməsi üstünlükdür; - Ən azı 3–5 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır. Mail ünvanı: Şəhər: Bakı Yaş: 25 - 50 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əlaqədar şəxs: HR Əmək haqqı: 1000 - 1200 AZN
REKLAMA