Prayk

Müştəri Xidmətləri üzrə Təmsilçi

900 ₼
Tekshirilgan3 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
9
Raqam
№3540072

Tavsif

Hazırda Turkish Airlines-a xidmət göstərən layihəmiz üçün müştəri nümayəndələri axtarırıq. Namizədlər minimum B2 səviyyəsində İngilis dili biliyinə malik olmalıdırlar. • Positive Call Center-də peşəkar komandaya qoşularaq inkişaf edə və uğurlu karyera qura bilərsiniz. • Müştəri nümayəndəsi vəzifəsində sizə daxil olan zənglərin cavablandırılması və dəyərli müştərilərimizə yüksək səviyyədə xidmət göstərilməsi tapşırılacaqdır. • Təlim müddətini başa vurduqdan sonra işə başlayacaqsınız və aylıq performans qiymətləndirilməsi aparılacaqdır. Əməkdaşlar əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan bonus sistemi üzrə də əlavə gəlir əldə edə bilərlər. • Performans qiymətləndirilməsi hər rübdə keçirilir və uğurlu işçilərə əmək haqqı artımı tətbiq olunur. • Növbəli iş sistemi həftədə 6 gün, gündəlik 8 saat 30 dəqiqə (1 saat nahar/fasilə daxil olmaqla) təşkil edir. Növbələr həftəlik dəyişir və səhər, günorta, axşam və gecə növbələrini əhatə edir (00:00-dan sonrakı növbə dəyişikliyi üçün servis xidməti mövcuddur). Uyğun növbə həlləri qarşılıqlı razılaşma əsasında həyata keçirilir. • Əgər siz İngilis dilinizi inkişaf etdirmək, müştəri xidməti sahəsində təcrübə qazanmaq və mehriban, sosial mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi email vasitəsilə göndərə, əlavə məlumat üçün telefonla əlaqə saxlaya, həftə içi günlərdə saat 09:00–18:00 arası Nizami küç., AF Business House ünvanında yerləşən ofisimizə yaxınlaşa və ya rəsmi link üzərindən müraciət edə bilərsiniz. Əlavə məlumat: • Servis şirkət tərəfindən təmin edilir; • Əmək müqaviləsi ilə rəsmi qeydiyyat təmin olunur; • Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur. • Həftədə 1 gün istirahət; • Növbəli iş qrafiki: səhər, günorta, axşam və gecə növbələri Namizədə tələblər: • Namizədlərin yaşı 19-35 arasında olmalıdır. • İngilis dili yaxşı səviyyədə bilməlidir (B2-C1). • Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti. • Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə) • Microsoft Office proqramları ilə işləmək bacarığı.
REKLAMA