Prayk

Nəzarətçi

560 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№2149009

Tavsif

Vəzifə - Nəzarətçi İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi İş şəraiti AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; Növbəli iş rejimi; Əmək haqqı-560 azn; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. ⦁ Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək; ⦁ Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək; ⦁ Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək; ⦁ Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək; ⦁ Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq; ⦁ Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək; ⦁ Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq; ⦁ Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək; ⦁ Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq; ⦁ Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək; ⦁ Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək; ⦁ Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək. Əmək haqqı: 560 AZN
REKLAMA