
11
Optik məsləhətçi

600 ₼
Optik məsləhətçi
TekshirilganBugun
Sana
Koʻrishlar11
Raqam№6192787
Tavsif
Məşhur beynəlxalq optik brendlərin məhsullarının satışı istiqamətində fəaliyyət göstərən şirkətimiz komandamızı genişləndirmək məqsədilə "Optik Məsləhətçisi" vəzifəsi üzrə yeni əməkdaş axtarır.
Şirkətimiz müştərilərə yüksək səviyyəli xidmət göstərərək onların ehtiyaclarına uyğun eynək çərçivələri, gün eynəkləri, optik linzalar və digər optik məhsulların seçimində peşəkar dəstək təqdim edir.
Müştəriyönümlü yanaşmaya malik, satış və ya optik sahədə təcrübəsi olan, özünü inkişaf etdirməyə həvəsli və nəticəyönümlü namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyən etmək və uyğun optik məhsulların seçimi üzrə peşəkar məsləhət vermək.
Eynək çərçivələri, gün eynəkləri, optik linzalar və digər optik məhsulların təqdimatını və satışını həyata keçirmək.
Müştərilərə məhsulların xüsusiyyətləri, üstünlükləri və istifadə qaydaları haqqında ətraflı məlumat vermək.
Satış prosesini şirkətin standartlarına uyğun şəkildə idarə etmək və satış hədəflərinə nail olmaq.
Sifarişlərin qəbulunu, sənədləşdirilməsini və müştəriyə təhvil verilməsini təmin etmək.
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək və uzunmüddətli müştəri əlaqələri qurmaq.
Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə, səliqəsinə nəzarət etmək.
Kassa əməliyyatlarını və satış proqramı üzrə məlumatların düzgün daxil edilməsini həyata keçirmək.
Şirkətin keçirdiyi təlimlərdə iştirak etmək və məhsul biliklərini daim yeniləmək.
Komanda üzvləri ilə əməkdaşlıq etmək və filialın ümumi fəaliyyətinə dəstək vermək.
Tələblər:
Orta və ya ali təhsil
Satış və müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır
Optika sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür
Yüksək ünsiyyət və təqdimat bacarığı
Müştərinin ehtiyaclarını müəyyən etmək və düzgün məhsul seçimini təklif etmək bacarığı
Satış texnikalarını bilmək və satış nəticələrinə fokuslanmaq
Komanda ilə işləmək bacarığı
Səliqəli xarici görünüş, məsuliyyət və punktuallıq
Kompüter və satış proqramlarından istifadə bacarığı
Biz təklif edirik:
Premium brendlərlə işləmək imkanı
Məhsullar və satış texnikaları üzrə təlimlər
Müasir və peşəkar iş mühiti
KPI və bonus sistemi
Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
Əmək haqqı: 600-800 Azn + bonus
Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (099) 203-05-08 (whatsapp) nömrəsinə göndərə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 20.12.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Novo Pharm jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA







