Prayk

Outgoing Manager

400 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
3
Raqam
№3173816

Tavsif

Golden Trip Travel MMC Vəzifə öhdəlikləri * Müştərilərdən daxil olan sorğuları qəbul etmək, ehtiyaclarını müəyyənləşdirmək və uyğun tur variantları təqdim etmək; * Fərdi və qrup səyahətləri üçün tur proqramları və paketlər hazırlamaq; * Otel, transfer, aviabilet, sığorta və digər turizm xidmətlərinin bron prosesini həyata keçirmək; * Xarici DMC-lər, otellər və digər turizm şirkətləri ilə əməkdaşlıq əlaqələri qurmaq; * Partnyorlarla gündəlik işgüzar yazışmaları aparmaq və qiymət/təklif sorğuları göndərmək; * Müştərilərə viza müraciəti və səyahət sənədlərinin hazırlanması prosesində dəstək göstərmək; * Mövcud müştərilərlə davamlı əlaqə saxlayaraq təkrar satış imkanlarını artırmaq; * Səyahət proqramlarının vaxtında və düzgün icra olunmasını izləmək; * Turizm bazarını və mövsümi tələbatı araşdıraraq yeni istiqamət və paketlər formalaşdırmaq; * Rezervasiyaların və satış prosesinin gündəlik nəzarətini həyata keçirmək; * Gündəlik və aylıq satış nəticələri üzrə hesabatlar hazırlamaq. Namizədə tələblər * Ali təhsil; * Outgoing turizm sahəsində 1–3 il iş təcrübəsi; * Azərbaycan, rus və ingilis dillərində ünsiyyət və yazışma bacarığı; * MS Office, Outlook və digər ofis proqramları ilə işləmə bacarığı; * Müştərilərlə düzgün kommunikasiya qurmaq bacarığı; * Satış yönümlü və nəticə fokuslu yanaşma; * Məsuliyyətli, operativ və komandada işləmə bacarığı; * Turizm məhsullarını araşdırmaq və yeni istiqamətləri öyrənmək həvəsi. Əmək haqqı və bonus Gross əmək haqqı: 400 AZN Əlavə olaraq, əməkdaşın həyata keçirdiyi satışlardan əldə olunan gəlirin 5%-i bonus olaraq hesablanır. Beləliklə, əməkdaşın ümumi gəliri 400 AZN gross sabit əmək haqqı + satış bonusundan formalaşacaq. İş qrafiki Bazar ertəsi – Cümə: 10:00–19:00 Şənbə: 11:00–17:00 Bazar: istirahət günü İş yeri: Bakı, Blue Mall Müraciət Tələblərə uyğun namizədlər şəkilli CV-lərini göndərərək vakansiyaya müraciət edə bilərlər
REKLAMA