Turizm şirkətimizə satış bacarığı yüksək, məsuliyyətli və turizm sahəsində təcrübəsi olan Outgoing Tur Meneceri axtarırıq!
İş şəraiti:
İş saatları: 10:00–19:00
Əməkhaqqı: Satış nəticələrinə əsaslanan motivasiya sistemi
Karyera və peşəkar inkişaf imkanı
Mehriban və peşəkar komanda
Vacib qeyd:
Biz sadəcə müştəriyə qiymət göndərən deyil, müştəri ilə düzgün ünsiyyət qurmağı, satış prosesini sona qədər izləməyi və real satış nəticəsi əldə etməyi bacaran menecer axtarırıq.
Öhdəliklər
Xarici ölkələr üzrə fərdi və qrup turlarının hazırlanması və satışı
Müştəri müraciətlərinin operativ cavablandırılması və satışa çevrilməsi
Müştərinin büdcəsinə və istəyinə uyğun tur paketlərinin hazırlanması
Otel, aviabilet, transfer və səyahət sığortası rezervasiyalarının həyata keçirilməsi
Tur operatorları və B2B rezervasiya sistemləri ilə işləmək
Müştərilərə otellər, istiqamətlər və səyahət şərtləri barədə peşəkar məsləhət vermək
Qiymət təkliflərinin hazırlanması və müştərilərə göndərilməsi
Təklif göndərilmiş müştərilərlə təkrar əlaqə saxlayaraq satışın tamamlanmasına çalışmaq
Şirkət tərəfindən müəyyən edilmiş aylıq satış hədəflərinin yerinə yetirilməsi
Rezervasiya və ödəniş proseslərinin düzgün izlənilməsi
Gündəlik satış və müraciət hesabatlarının təqdim edilməsi
Tələblər
Outgoing turizm sahəsində minimum 1 il iş təcrübəsi
Tur operatorları və B2B sistemləri ilə işləmə bacarığı
Populyar turizm istiqamətləri və otellər haqqında məlumatlı olmaq
Güclü satış bacarığı
Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili biliyi üstünlükdür
Operativlik, məsuliyyət və komandada işləmə bacarığı
Müştəri müraciətlərini satışa çevirmək bacarığı
Qeyd - Turizm sahəsində təcrübəsi olmayan və bu sahə ilə əlaqəsi olmayan şəxslərin müraciət etməməsi xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 24.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/fm1-tour-mmc-outgoing-tur-meneceri-156835
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati