Prayk
Planlama şöbə müdiri — Digər, Bakı
Kelishiladi

Planlama şöbə müdiri

TekshirilganKecha
Shahar
Bakı
Kategoriya
Boshqa
Sana
Koʻrishlar
7
Raqam
№4895844

Tavsif

Şirkətin satış proqnozlarına və mövcud sifarişlərinə əsasən aylıq, həftəlik və gündəlik istehsal planlarının hazırlanmasını və icrasına nəzarəti təmin etmək; İstehsal güclərini, xammal ehtiyatlarını, anbar stoklarını və satış tələbatını nəzərə alaraq optimal istehsal həcmlərini müəyyən etmək;İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq, satınalma şöbəsinə vaxtında təqdim etmək;Hazır məhsul və xammal üzrə minimum, maksimum və təhlükəsizlik stok səviyyələrinin müəyyən edilməsini və izlənilməsini təmin etmək; Artıq istehsalın, stok yığılmasının, məhsul çatışmazlığının və istehsal dayanmasının qarşısını almaq məqsədilə planlama proseslərini optimallaşdırmaq;Satış proqnozları ilə faktiki satış göstəricilərini müqayisə etmək, kənarlaşmaları təhlil etmək və zəruri düzəlişlər aparmaq;İstehsal planlarının faktiki icra göstəricilərini gündəlik izləmək, gecikmələrin səbəblərini müəyyən etmək və qabaqlayıcı tədbirlər görmək; Anbarların mövcud tutumunu və məhsulların dövriyyə sürətini nəzərə alaraq stokların zavodlar və anbarlar üzrə optimal bölüşdürülməsini planlaşdırmaq. Tələblər: Təhsil: Ali;İş təcrübəsi: 3-5 il;Sertifikatlar: Müvafiq sahə üzrə sertifikatların olması mütləqdir;Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;Kompüter bilikləri: MS Ofis proqramları; Şəxsi keyfiyyətlər:Güclü analitik və strateji düşünmə qabiliyyəti;Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;Operativ qərarvermə və problemləri həll etmə bacarığı. İş şəraiti:İş qrafiki: 5 gün, saat 09:00-18:00;İstirahət: Şənbə və Bazar günləri;Əməkhaqqı: Razılaşma yolu ilə;İş yeri: Luxen Plaza. Vakansiya növü: Tam ştat Şirkət: Mətanət A Şirkətlər Qrupu Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-planlama-sobe-mudiri-70746517/apply
REKLAMA