Prayk

QC Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

1 800 ₼
Tekshirilgan4 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
2
Raqam
№3345767

Tavsif

İnşaat mühəndisliyi, memarlıq və ya müvafiq texniki sahə üzrə ali təhsil; Tikinti sahəsində QC/QC Engineer/Keyfiyyətə nəzarət üzrə mütəxəssis kimi iş təcrübəsi; Tikinti və təmir prosesləri haqqında praktiki biliklər; Layihə çertyojlarını və texniki sənədləri oxuma bacarığı; Tikinti materialları və onların keyfiyyət göstəriciləri barədə məlumatlılıq; Keyfiyyət standartları və tikinti norma və qaydaları barədə bilik; Sənədləşmə və hesabat hazırlamaq bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv kommunikasiya qurmaq bacarığı. Tikinti və təmir işlərinin keyfiyyətinə gündəlik nəzarətin həyata keçirilməsi; Görülən işlərin layihə, texniki şərtlər və təsdiq edilmiş standartlara uyğunluğunun yoxlanılması; İşlərin icrası zamanı keyfiyyət tələblərinin təmin edilməsinə nəzarət; İstifadə olunan materialların keyfiyyətinin və müvafiq sənədlərinin yoxlanılması; Gələn materialların texniki sənədlərinin, sertifikatlarının və uyğunluq sənədlərinin yoxlanılması; Sahədə aşkar olunan qüsur və uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasına nəzarət; Keyfiyyətlə bağlı akt, hesabat, yoxlama protokolu və digər sənədlərin hazırlanması; Görülmüş işlərin qəbul prosesində iştirak; Subpodratçıların və işçi qruplarının yerinə yetirdiyi işlərin keyfiyyətinə nəzarət; İşlərin gizli mərhələlərinin yoxlanılması və müvafiq aktların hazırlanmasında iştirak; Sahə rəhbərliyi və layihə komandası ilə koordinasiyalı fəaliyyət; Aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və düzəldici tədbirlərin izlənilməsi; Layihənin keyfiyyət planına uyğun olaraq tələb olunan sənədləşmənin aparılması. Əmək haqqı: 1500-1800 AZN
REKLAMA