Prayk

Qeydiyyatçı

600 ₼
TekshirilganKecha
Shahar
Bakı
Sana
Koʻrishlar
4
Raqam
№5204904

Tavsif

İş haqqında məlumat: Struktur bölmə: İdman şöbəsi/Satış və müştəri xidmətləri bölməsi İş yeri – Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA Ünvan – Bayıl qəsəsbəsi, Qurban Abbasov küçəsi 5 İş rejimi: 5 gün, Dəyişən qrafik üzrə (həftədə 2 istirahət günü ilə) Əmək haqqı: 600 AZN (net) Könüllü tibbi sığorta (sınaq müddətindən sonra) Namizədlər üçün tələblər: Ali təhsil; Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı; MS Office proqramlarında işləmək bacarığı; 1C proqramı üzrə biliklərin olması; Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları; Gülərüz, məsuliyyətli və komandada işləmək bacarığı; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır. Vəzifə öhdəlikləri: İdman mərkəzinə gələn üzvlərin və qonaqların qarşılanması və qeydiyyatının aparılması; İdman mərkəzinin xidmətləri, üzvlük paketləri və fəaliyyət qaydaları haqqında məlumatın təqdim edilməsi; Potensial müştərilərin müraciətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi; Daxil olan telefon zənglərinin və sorğuların cavablandırılması; Üzvlük məlumatlarının müvafiq qeydiyyat sistemində düzgün və vaxtında yenilənməsi; Mərkəzin xidmətləri və məşq proqramları haqqında üzvlərin məlumatlandırılması; Müştəri müraciətlərinin və şikayətlərinin qəbul edilərək müvafiq şəxslərə yönləndirilməsi; Qeydiyyat zonasının səliqəli və təqdimata uyğun vəziyyətdə saxlanılması; Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət edilməsi; Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarının yerinə yetirilməsi. Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.* E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/202018/qeydiyyatci
REKLAMA