Prayk

Qrafik dizayner

Kelishiladi
TekshirilganBugun
Shahar
Bakı
Kategoriya
Dizayn
Sana
Koʻrishlar
2
Raqam
№4298588

Tavsif

Vəzifələr: Məhsul, torba, paket, etiket və digər qablaşdırma materiallarının dizayn edilməsi; Çap materiallarının hazırlanması və çapdan əvvəlki hazırlıq (prepress) proseslərinin idarə edilməsi; Sosial media platformaları üçün statik və hərəkətli (motion) vizualların hazırlanması; Video montajı və qısa formatlı video kontentlərin hazırlanması; Brend kitabçasının (Brandbook) yenilənməsi və brend standartlarına uyğun kreativ materialların hazırlanması; Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn və kontent hazırlanması proseslərinin optimallaşdırılması. Tələblər: Təhsil: Ali (Marketinq ,Biznesin idarə olunması, PR və Kommunikasiya və digər oxşar sahələr); İş təcrübəsi müvafiq sahədə minimum  2 il; Dil bilikləri : Azərbaycan dili - əla, İngilis dili və Rus dili – yaxşı; Fərdi keyfiyyətlər - məsuliyyətli , nəticəyönümlü , kreativ , təşəbbüskar, öyrənməyə və inkişaf etməyə açıq; Adobe Illustrator, Photoshop, InDesign, After Effects və Premiere Pro proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; CorelDRAW proqramında işləmək və çapqabağı hazırlıq (prepress) üzrə bacarıq; Packaging Design və Print Design üzrə praktiki təcrübə; Motion Design və video montaj bacarığı; AI alətləri ilə işləmə bacarığı – Adobe Firefly, Midjourney, Runway/Kling və digər generativ AI alətləri; Print & Prepress: CMYK/RGB, Pantone, bleed, dieline, resolution və çap üçün texniki faylların hazırlanması. İş şəraiti: İş yeri: Bakı şəhəri, Nərimanov rayonu İş saatları: 08:30-17:30 İş günləri: həftədə 5 gün Şirkət tərəfindən naharla təmin edilmə Sınaq müddətindən sonra könüllü tibbi sığorta Maraqlanan namizədlər öz CV-lərini “Qrafik dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/197899/qrafik-dizayner

Oʻxshash eʼlonlar