Prayk

Reels Maker

1 000 ₼
TekshirilganKecha
Shahar
Bakı
Kategoriya
Vakansiyalar
Sana
Koʻrishlar
3
Raqam
№5401881

Tavsif

🎬 “TƏHSİL TV” komandası “Reels Maker” (Video məzmun yaradıcısı) vakansiyası elan edir!📱 Sosial media platformaları üçün dinamik, yaradıcı və baxımlı video məzmunlar hazırlamağı bacaran namizədləri komandamıza qoşulmağa dəvət edirik.📋 Vəzifə öhdəlikləri:🎥 Sosial media platformaları üçün qısa video məzmunların çəkilişini və montajını həyata keçirmək;💡 Televiziyanın fəaliyyət istiqamətinə uyğun yaradıcı video ideyaları hazırlamaq və reallaşdırmaq;🎬 Çəkiliş prosesində iştirak etmək, video materialları montaja hazırlamaq və yekun məhsulu təqdim etmək;📈 Sosial media trendlərini izləmək və onları məzmun istehsalında tətbiq etmək;✨ Hazırlanan videoların keyfiyyətini və vizual standartlara uyğunluğunu təmin etmək.🎯 Namizəddən tələblər:📹 Video çəkilişi və montaj sahəsində bilik və təcrübə;✂️ CapCut, Adobe Premiere Pro və ya digər montaj proqramları ilə işləmək bacarığı;🎨 Yaradıcı düşüncə, vizual zövq və detallara diqqət;🤝 Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;⚡ Məsuliyyətlilik və peşəkar iş yanaşması.💼 İş şəraiti:⏰ İş qrafiki: Həftəiçi, saat 09:00–18:00;🏢 İş yeri: “TƏHSİL TV”-nin ofisi;💰 Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən, razılaşma yolu ilə.📥 Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini 📧 [email protected] ünvanına göndərə bilərlər.⏳ Son müraciət tarixi: 5 noyabr
REKLAMA