Namizədə olan tələblər:
Marketinq, digital və ya məhsul idarəetməsində ən azı 5 il təcrübə;
Mobil tətbiq və ya veb məhsulun idarəsində iştirak (Product Owner, Product Manager və ya layihə meneceri kimi);
Agile/Scrum ilə işləmək təcrübəsi üstünlükdür, Jira və ya Bitrix24 kimi alətlərdən istifadə;
Digital marketinq alətləri ilə işləmək bacarığı: Meta Ads, Google Ads, Google Analytics;
Büdcə planlaması üzrə təcrübə və analitik düşüncə;
Azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
Müstəqil işləmək və bir neçə layihəni eyni vaxtda aparmaq bacarığı.
Vəzifə öhdəlikləri:
Tətbiqin inkişaf strategiyasını və yol xəritəsini (roadmap) hazırlamaq, rəhbərliklə razılaşdırmaq;
Biznes ehtiyaclarını və istifadəçi tələblərini toplamaq, onları texniki tapşırıqlara çevirmək;
Product backlog-u idarə etmək və biznes dəyərinə görə prioritetləşdirmək;
IT komandası və ya xarici developerlərlə planlama, qəbul və buraxılış proseslərini aparmaq;
Yeni funksiyaları test etmək, qəbul etmək və istifadəyə vermək;
Məhsul KPI-larını (aktiv istifadəçi sayı, konversiya, retention, tətbiq reytinqi) izləmək və nəticəyə görə təkmilləşdirmə təklif etmək;
İstifadəçi rəylərini, bazarı və rəqib məhsulları araşdırmaq;
Sərgi və tədbirlərdə iştirak, PR və media əlaqələrinə nəzarət, sosial şəbəkə hesabatlarının idarəsi və kontent planı;
Marketinq kampaniyalarını planlaşdırmaq, keçirmək və nəticəsini (ROI) ölçmək;
Brendbukun tətbiqinə nəzarət;
Müştəri bazasının seqmentləşdirilməsi, avtomatik kommunikasiya (SMS, e-mail, push), satış komandası ilə lead axını;
İllik marketinq təqvimini və büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək;
Aylıq hesabatların hazırlanması (kanallar üzrə nəticə, lead dəyəri, ROI);
Satış, IT, maliyyə və hüquq şöbələri ilə koordinasiya işlərinin aparılması.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Çinarpark Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Məhsul və Marketinq Meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/193747/reqemsal-mehsul-ve-marketinq-meneceri
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati