Prayk

Sahə rəisi (prorab)

1 500 ₼
Tekshirilgan3 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№3155066

Tavsif

Vakansiya: Sahə Rəisi (Təmir üzrə Prorab) Şirkət: İnteryer Dizayn və Təmir Şirkəti Ünvan: Bakı ş., Ağ Şəhər Layihələr: Premium klass mənzillər və villaların daxili təmiri Şərtlər • Əmək haqqı: Müsahibə əsasında (Bilik və təcrübəyə uyğun rəqabətli maaş); • İş qrafiki: Razılaşma yolu ilə. • Təcrübə: Premium seqment daxili təmir layihələrində minimum 5 il mütləq prorab təcrübəsi; • Müasir daxili təmir materialları, lüks bəzək işləri (gizli profillər, mürəkkəb tavanlar, divar panelləri və s.) və onların tətbiq qaydaları barədə mükəmməl biliklər; • Dizayn layihəsindəki detalları və ölçüləri vizual olaraq deyil, texniki olaraq analiz etmək bacarığı; • Tələbkar, nizam-intizamlı və usta heyəti ilə düzgün kommunikasiya qura bilən. • Dizayn layihələrinin (işçi çertyojların, planların) mükəmməl şəkildə oxunması və sahədə sıfır xəta ilə tətbiqi; • Daxili təmir işlərinin (elektrik, santexnika, alçıpan, rəngsaz, kafel-metlax və s.) texnoloji ardıcıllığına və yüksək keyfiyyətinə nəzarət; • Ustaların idarə olunması, iş bölgüsünün aparılması və qrafikin qorunması; • Təmir materiallarının (həm qara, həm finishing materiallarının) düzgün hesablanması və material israfının qarşısının alınması; • Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabatların verilməsi. Əmək haqqı: 1000-1500 AZN
REKLAMA