Prayk

Sales Manager

Kelishiladi
TekshirilganBugun
Shahar
Bakı
Kategoriya
Savdo
Sana
Koʻrishlar
10
Raqam
№5762232

Tavsif

VAKANSİYA – SATIŞ MENECERİ (SALES MANAGER) Şirkətimiz Çin və Rusiya bazarları üzrə satış fəaliyyətinin genişləndirilməsi məqsədilə peşəkar Satış Menecerləri axtarır. İş yeri: Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Vakant vəzifə: Satış Meneceri (Çin və Rusiya bazarları üzrə) Əsas vəzifə öhdəlikləri Çin və Rusiya bazarlarında yeni müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi. Xarici bazarların araşdırılması, satış imkanlarının təhlili və yeni satış kanallarının yaradılması. Potensial müştərilərlə əlaqələrin qurulması, kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi. Şirkətin məhsullarının beynəlxalq bazarlarda təqdim edilməsi və satış həcminin artırılması. Kommersiya təkliflərinin hazırlanması, qiymət danışıqlarının aparılması və müqavilələrin bağlanması. Mövcud müştəri portfelinin idarə olunması və müştəri məmnuniyyətinin təmin edilməsi. Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin izlənilməsi. Logistika, ixrac və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi. Rəqib şirkətlərin fəaliyyətinin, bazar qiymətlərinin və satış tendensiyalarının mütəmadi təhlili. Aylıq və rüblük satış planlarının hazırlanması və müəyyən edilmiş satış hədəflərinə nail olunması. Satış nəticələri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi. Namizədə tələblər Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür). Satış, beynəlxalq ticarət və ya ixrac sahəsində minimum 2–3 il iş təcrübəsi. Çin və/və ya rus dillərində sərbəst danışıq və yazı bacarığı. İngilis dili biliyi üstünlükdür. Beynəlxalq satış prosesləri və ixrac əməliyyatları haqqında biliklər. B2B satış və korporativ müştərilərlə iş təcrübəsi. Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı. Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük. MS Office proqramlarında sərbəst işləmək bacarığı. Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı. Xarici ezamiyyətlərə hazır olmaq. Üstünlük veriləcək namizədlər Çin və ya Rusiya bazarında praktiki satış təcrübəsi olanlar. Kənd təsərrüfatı, meyvə-tərəvəz və qida məhsullarının ixracı sahəsində çalışanlar. Beynəlxalq distribütorlar, topdansatış şirkətləri və pərakəndə satış şəbəkələri ilə əlaqələri olanlar. Xarici ticarət müqavilələri və ixrac sənədləşməsi üzrə bilikləri olanlar. Şirkət tərəfindən təklif olunur Rəqabətqabiliyyətli əməkhaqqı. Satış nəticələrinə əsaslanan bonus sistemi. Peşəkar və dinamik iş mühiti. Beynəlxalq bazarlarla işləmək imkanı. Karyera və peşəkar inkişaf perspektivləri.

Eʼlon manbai

Asl eʼlonni ochish

© Agro LLC busy.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp