Təcili Satılır! Həzi Aslanov metrosunun yaxınlığında 3 otaqlı mənzil
İnfrastruktur baxımından olduqca əlverişli ərazidə, düz Həzi Aslanov metrosunun yaxınlığında yerləşən mənzil satışa çıxarılıb.
Mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Kiyev layihəsidir. İlkin layihədə 2 otaqlı olan mənzil, eyvanın mətbəxə birləşdirilməsi hesabına 3 otağa çevrilib. Mənzil orta təmirlidir, xırda düzəlişlərə ehtiyac var. Yaşayış üçün uyğundur.
Üstünlükləri: ✅ Çıxarış (Kupça) var
✅ Qaz, su və işıq daimidir
✅ Binada lift fəaliyyət göstərir
✅ Blokun giriş qapısı dəmirdir və kod sistemi ilə açılır
✅ Binanın qarşısı yeni təmir olunub
✅ Uşaqlar üçün müasir oyun meydançası mövcuddur
✅ Binanın arxa hissəsi metro istiqamətinə baxır
✅ Ətrafında bir neçə məktəb, uşaq bağçası, supermarket və marketlər yerləşir
✅ İctimai iaşə obyektləri və digər vacib xidmətlərə piyada məsafəsindədir
Rahat yaşayış və sərfəli investisiya üçün ideal seçimdir.
Real alıcılarla qiymətdə razılaşmaq mümkündür.