Prayk
Sotiladi: 3 xonali квартира (новостройка), 131 m² — Mənzil, Bakı
620 000 ₼

Sotiladi: 3 xonali квартира (новостройка), 131 m²

SotiladiTahlil qilinganYangi bino4 kun oldin
Shahar
Bakı
Tuman
Nəsimi
Kategoriya
Kvartira
Тип сделки
Продажа
Тип недвижимости
Квартира (новостройка)
Количество комнат
3
Площадь
131 m²
Этаж
15
Новостройка
Ha
Этажей в доме
16
Продавец
Собственник
Sana
Koʻrishlar
17
Raqam
№5528115

Tavsif

Şəkillər mənzilin özünə aiddir, süni intellekt ilə hazırlanmayıb. Mənzil sahibindən satılır, makler vasitəçiliyi yoxdur. Mirəli Qaşqay və Şamil Əzizbəyov küçələrinin kəsişməsində, 28 May metrosunun yaxınlığında, binanın cənub tərəfində mənzil satılır. Hər otaqdan dəniz və şəhər panoraması görünür. Mənzil Yaşayış kompleksinin 16 mərtəbəli binasının 15-ci, sondan əvvəlki mərtəbəsindədir. Mərtəbəsinə və mənzərəsinə görə bu, fikrimcə, binanın ən yaxşı mənzilidir. Layihəyə görə mənzil 3 otaqlıdır. Planlaşdırma dəyişdirilib: mətbəx qonaq otağı ilə birləşdirilərək geniş studiya zonası yaradılıb, 2 ayrıca yataq otağı saxlanılıb. Hər otaqda vitraj və balkonlu pəncərələr var. Mənzildə cəmi 2 il yaşanılıb. Təmir 2 il əvvəl edilib, mebel və texnika da həmin vaxt tamamilə yeni alınıb. Bütün texnikanın və əşyaların sənədləri və texniki pasportları var. Mebel və texnika mənzildə qalır. Bütün mebel Monelux-dan sifariş olunub: MDF-dən hazırlanıb, avtomobil boyası ilə rənglənib. Qapılar və plintuslar da MDF-dəndir. Mebel mexanizmləri mətbəxdə tam orijinal Blum, otaqlarda isə GTV-dir. Divan Askona-dır. Soyuducu Bosch-dur və mebelin içinə quraşdırılıb (vstroyenniy). Döşəmə su və nəm keçirməyən Tarkett parketi ilə örtülüb, santexnika tamamilə Grohe-dir. Mətbəx səthi Corian Baku-da hazırlanmış Corian-dandır. Mətbəxdə Bosch Serie 8 duxovka və mikrodalğalı soba, Franke aspirator quraşdırılıb. Həmçinin son model Samsung Smart TV-lər (85″, 65″ və 43″), Bosch Serie 8 paltaryuyan maşın, Bosch tozsoran və çaydan var. İşıqlandırma premium səviyyədədir: trek işıqlar, tavanda gizli işıqlandırma və işıqlı vitraj güzgülər. Yataq otaqlarında işığı idarə etmək üçün rahat sistem var. Təhlükəsizlik və internet üçün tam UniFi ekosistemi qurulub: 3 AI kamera, ağıllı qapı zəngi, video yaddaş qurğusu və Wi-Fi 7 dəstəkli UniFi U7 Pro. Elektrik şiti Schneider Electric avtomatları ilə yığılıb, Master Key funksiyası var. Bütün rozetkalar Gewiss-dir. HDMI kabelləri divarın içindən çəkildiyi üçün texnika görünən kabel olmadan qoşulur. Mənzildə qaz var. İstilik üçün kombi və Ariston, həmçinin isti döşəmə və radiatorlar quraşdırılıb. Həyətdə avtomobil saxlamaq mümkündür. Binanın altında qaraj da var, lakin satışa daxil deyil. Mənzilin kupçası yoxdur, müqavilə ilə aparılır. Həyət evi almaq üçün satıram. Nə makler hazırladığı evdir, nə də mən özüm maklerəm. Baxış əvvəlcədən razılaşdırılmaqla mümkündür. Elana sığmayan detalları yerində göstərərəm.

Eʼlon manbai

Asl eʼlonni ochish

© Riad bina.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp