Prayk
Sotiladi: 3 xonali квартира (новостройка), 80 m² — Mənzil, Bakı
242 000 ₼

Sotiladi: 3 xonali квартира (новостройка), 80 m²

SotiladiOriginalYangi bino2 hafta oldin
Shahar
Bakı
Kategoriya
Kvartira
Тип сделки
Продажа
Тип недвижимости
Квартира (новостройка)
Количество комнат
3
Площадь
80 m²
Этаж
9
Новостройка
Ha
Этажей в доме
15
Sana
Koʻrishlar
26
Raqam
№4258363

Tavsif

Həzi Aslanov metrosuna yaxın, 3 otaqlı, tam təmirli mənzil satılır! Mənzil haqqında: * Otaq sayı: 3 otaq (studio tipli) * Sahə: 80 m² (müqavilə üzrə) * Mərtəbə: 9/15 * Blok: 1-ci VIP blok * Sənəd: Çıxarış (kupça) mövcuddur * Təmir: Yeni və tam təmirli Mənzilin ilk və yeganə sahibi özüməm. Cəmi 2 ildir mənzildə yaşayırıq. Ev yeni təmirlidir, səliqəli saxlanılıb və yaşayış üçün tam hazır vəziyyətdədir. İstilik sistemi və komfort: Mənzil kombi istilik sistemi ilə təchiz olunub. Dəhliz, mətbəx və sanitar qovşağı isti döşəmə sistemi ilə təmin edilib. Otaqlarda radiatorlar quraşdırılıb. Mənzildə qalacaq əşyalar: * Yataq otağındakı çarpayı və kondisioner * Qonaq otağındakı televizor * Dəhlizdəki xüsusi yığılma mebel və ayaqqabı üçün nəzərdə tutulmuş oturacaqlı dolab * Mətbəx mebeli * Kombi * Hamam aksesuarları Bina və həyətin üstünlükləri: Mənzil 15 mərtəbəli binanın 1-ci VIP blokunda yerləşir. Binanın geniş və abadlaşdırılmış həyətində sakinlərin rahatlığı üçün müxtəlif istirahət və əyləncə zonaları yaradılıb: * Uşaqlar üçün futbol meydançası * Uşaq əyləncə və sürüşkən zonası * İdman turnikləri * Şahmat oynamaq üçün sahə * Yaşıllıq və kiçik park tipli istirahət guşəsi Binanın altında -1 və -2 mərtəbələrdə yeraltı qaraj mövcuddur. Lift vasitəsilə birbaşa qaraja enmək mümkündür. Əlavə rahatlıq və təhlükəsizlik üçün lift və binanın giriş qapısı həm maqnit açarlarla, həm də mobil telefon vasitəsilə məsafədən idarə oluna bilir. Yerləşmə və infrastruktur: Bina Həzi Aslanov metro stansiyasından təxminən 10 dəqiqəlik piyada məsafədə yerləşir. Binanın birinci mərtəbəsində böyük Bolmart supermarketi fəaliyyət göstərir. Ətrafda gündəlik yaşayış üçün əlverişli infrastruktur mövcuddur. Ödəniş şərtləri: Mənzil hazırda ABB-də illik 7%-lik ipoteka krediti ilə rəsmiləşdirilib. Alıcı üçün iki seçim mümkündür: 1. İpotekanın addan-ada keçirilməsi – alıcının gəlirləri və mövcud öhdəlikləri bankın tələblərinə uyğun olduğu və bank tərəfindən təsdiqləndiyi halda. 2. Nağd alış – ipoteka öhdəliyi bağlanmaqla mənzilin alqı-satqısının rəsmiləşdirilməsi. Mənzil həm rahat yaşayış, həm də əlverişli yerləşmə və infrastruktura üstünlük verən şəxslər üçün gözəl seçimdir. Real alıcılarla qiymət barədə danışmaq mümkündür. Ofis haqqi 1%
REKLAMA
WhatsApp