
Bakı11
Sotiladi: участок, 8 sotix
8 sotixЕсть купчая












85 000 ₼
Sotiladi: участок, 8 sotix
Koʻpchilik oʻxshash eʼlonlardan arzonroq
Bu eʼlon
arzonroqkoʻpchilik oʻxshash eʼlonlarqimmatroq
Koʻpchilik oʻxshash eʼlonlar shu oraliqda: 104 000 ₼ – 128 952 ₼
Sotix (100 m²) narxi boʻyicha taqqoslangan: bu eʼlon ≈ sotixi 10 625 ₼, 1 km ichidagi oʻxshash yer uchastkalarining medianasi 14 250 ₼. Dengiz va yoʻllarga yaqinlik, yerdan foydalanish turi (turar-joy / qishloq xoʻjaligi) va kommunikatsiyalar hisobga olinmagan — bu taxminiy baho.
SotiladiOriginalIshlatilgan1 oy oldin
ShaharBakı
KategoriyaYer uchastkasi
Есть купчаяHa
Тип сделкиПродажа
Площадь участка8 sot
Тип недвижимостиУчасток
ПродавецСобственник
Sana
Koʻrishlar11
Raqam№2614944
Tavsif
Albalı, Vişnyovka bağları ərazisində, "Pajarnıy (FHN)" kimi tanınan yerə yaxın, əsas yoldan 200 m məsafədə ərazisi sənədləşmə ilə 6 sot, amma faktiki 8 sota yaxın ərazisi var. Ərazi yaşayış təyinatlı torpaq sahəsidir. İşıq sayğacı quraşdırılıb. Ərazidə xüsusi olaraq 65 m dərinlikdən təmiz və dayanmadan yüksək təzyiqlə şirin su quyusu qazılıb, motor qoyulub. Bundan əlavə torpaq sahəsində yarım tikili də mövcuddur. Tam qanuni, tikintiyə icazəsi, layihə əsasında tikilən yarım tikili mövcuddur. Layihə üzrə tikili 214 kv/m sahədən, 4 otaqdan: 1 qonaq otağı, 3 yataq otağı, 3 s/q, 1 qarderobda, 1 mətbəxdən, evin üzəri mansard hissədən ibarətdir. Layihəyə və dizayna 1500 AZN pul xərclənib. Ərazini alana hədiyyə olaraq veriləcək.
Görulən işlər: qonaq otağının altına düşən hissəsi, "0" səviyyədən 4.5 m. dərinlikdə 30kv/m zirzəmi tikilib, suvağlanıb və gidroizolyasiya olunub, pilləkən tikilib, üzərindən ýüksək möhkəmlik dərəcəsi olan betonla (M300 marka) kəmər tikilib. Çöl perimetr (60x40), iç perimetr (40x40),sütunlar üçün f14 markalı armaturlar əkilib(Baku Steel Company), kəmərin üzərindən 5 daş hün-də və cüt daşla qaldırılıb, və gidroizolyasiya olunub. Əks doldurulma olub. Həm ərazidə- torpaqla, həm də evin iç hissəsində olan boşluqlar - daşlarla, beton qırığı ilə doldurulub. Evin döşəmə hissəsi üçun beton panellər qoyulub. Amma onlar satılacaq. Razılaşma əsasında saxlanıla bilər. Plitələr üçün 5000 AZN pul xərclənilib, amma razılaşma ilə 4000 AZN saxlanıla bilər. Evin təməli çox möhkəm, dayanıqlı və 3-4 mərtəbə üçün nəzərdə tutulub. Faktiki olaraq isə, layihəyə əsasən 1 mərtəbə və mansard hissə nəzərdə tutulub. O ərazidə yağışlardan sonra su yığılması heç vaxt olmur. Əlavə olaraq tikinti prosesini izləmək və təhlükəsizlik məqsədi üçün ərazidə sensorlu və siqnalizasiya ilə təmin olunmuş 3-lü internetlə onlayn, telefonla izləmək üçün kamera quraşdırılıb. Qiymət razılaşma yolu ilə. Ofis deyil, şəxsi torpaqdır
REKLAMA














