
Bakı4
Satınalma üzrə aparıcı mütəxəssis
Satınalma üzrə aparıcı mütəxəssis
Kelishiladi
TekshirilganBugun
Tavsif
Vəzifə öhdəlikləri:
Satınalma prosedurlarının keçirilməsi məqsədilə etender.gov.az elektron dövlət satınalmaları portalında müvafiq elanların hazırlanması və yerləşdirilməsi;
Satınalma predmetinə uyğun olaraq əsas şərtlər toplusunun hazırlanması və müvafiq qaydada rəsmiləşdirilməsi;
Satınalma komissiyasının iclaslarının təşkili və keçirilən iclaslar üzrə protokolların hazırlanması;
Satınalma prosedurlarının nəticələrinə dair yekun protokolun hazırlanması və rəsmiləşdirilməsi;
Satınalma predmetləri üzrə bazar araşdırmalarının aparılması və ehtimal olunan qiymətin hesablanması;
Təkliflərin açılışından sonra təchizatçıların təqdim etdikləri sənədlərin və təkliflərin əsas şərtlər toplusunun tələblərinə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
Cəmiyyətin struktur bölmələrindən daxil olan tələbatlar əsasında illik satınalma planının hazırlanması, ümumiləşdirilməsi və zərurət yarandıqda müvafiq dəyişikliklərin edilməsi;
Satınalma prosedurlarının qanunvericiliyin və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi.
Namizədə tələblər:
Ali təhsilli;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
etender.gov.az portalında işləək bacarığının olması mütləqdir;
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə biliklərin olması mütləqdir;
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Dalğa plaza
Ezamiyyə imkanları (zəruri hallarda)
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: Seçimə əsasən (08:00-17:00 və ya 09:00 – 18:00)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207369/satinalma-uzre-aparici-mutexessis
REKLAMA







