Əsas vəzifə və öhdəliklər:
Yerli və xarici satınalma proseslərinin təşkili və idarə edilməsi;
Daxili və beynəlxalq bazar araşdırmalarının aparılması, uyğun təchizatçıların seçilməsi;
Xarici təchizatçılarla əlaqələrin qurulması, işgüzar yazışmaların və danışıqların aparılması;
Yerli və xarici təchizatçılardan kommersiya təkliflərinin alınması, təhlili və müqayisə edilməsi;
Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
Xarici satınalmalar üzrə sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət edilməsi;
Beynəlxalq logistika və daşınma proseslərinin təşkili və koordinasiyası;
Yüklərin daşınması, çatdırılma müddətləri və nəqliyyat xərclərinin optimallaşdırılması;
İdxal, gömrük rəsmiləşdirilməsi və müvafiq sənədləşmə proseslərinin izlənilməsi;
Beynəlxalq çatdırılma şərtlərinin (Incoterms) tətbiqi və nəzarətdə saxlanılması;
Müqavilələrin və sifarişlərin hazırlanmasına nəzarət edilməsi;
Malların vaxtında, tələb olunan keyfiyyətdə və sərfəli şərtlərlə təmin olunmasının təşkili;
Satınalma və logistika üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Ali təhsil;
Satınalma və logistika sahəsində 3–5 il müvafiq iş təcrübəsi;
Xarici satınalma və beynəlxalq logistika sahəsində praktiki təcrübə;
Xarici təchizatçılarla işgüzar yazışma və danışıqlar aparmaq bacarığı;
İngilis dili biliyi (xarici təchizatçılarla ünsiyyət və yazışmalar üçün);
İdxal, gömrük prosedurları və beynəlxalq daşınma qaydaları haqqında məlumatlı olmaq;
Incoterms beynəlxalq ticarət şərtlərini bilmək;
MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
Analitik düşünmə və kommersiya təkliflərini təhlil etmək bacarığı;
Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
Komanda ilə işləmək bacarığı;
Kişi namizədlər.
İş təcrübəsi: 3–5 il;
İş şərtləri:
Əmək haqqı: 1200–1500 AZN;
İş istiqaməti: Yerli və xarici satınalma, beynəlxalq logistika;
Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti.
Nahar: Şirkət tərəfindən təmin olunur;
Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Satınalma və Logistika Mütəxəssisi”
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/203719/satinalma-uzre-bas-mutexessis
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati