Prayk

Satınalma üzrə mütəxəssis

900 ₼
Tekshirilgan2 kun oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
6
Raqam
№4168498

Tavsif

İş barədə məlumat: Vəzifə öhdəlikləri: * Şirkətin tələblərinə uyğun olaraq yerli və xarici bazarlarda satınalma proseslərinin təşkili və idarə olunması; * Potensial təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması; * Yerli və xarici təchizatçılarla danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması; * Sifariş olunan malların vaxtında və keyfiyyətlə təhvil alınmasına nəzarət edilməsi; * Satınalma sənədləşməsinin (hesab-faktura, qaimə, müqavilə və s.) tamlığının və dəqiqliyinin təmin edilməsi; * Rəhbərliyə satınalma prosesləri üzrə müntəzəm hesabatların təqdim olunması. İş şəraiti: * İş qrafiki: 5 günlük iş rejimi; * Qidalanma: Nahar yeməyi şirkət tərəfindən təmin olunur; * Əmək haqqı: 600-700 AZN * AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. * Ünvan: Baksol ərazisi 1(Bakı Tekstil fabrikinin yaxınlığı) Tələblər: Təhsil : Ali İş təcrübəsi : 1 ildən 3 ilə qədər Yaş : 21 - 45 Namizədə olan tələblər: * Dil bilikləri: İngilis və Rus dillərini sərbəst/yaxşı səviyyədə bilmək (MÜTLƏQDİR); * Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə); * İş təcrübəsi: Satınalma və təchizat sahəsində minimum 1–3 il iş təcrübəsi; * MS Office proqramlarını (xüsusilə Excel) əla səviyyədə bilmək; * Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti, analitik təfəkkür; * Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı. Əmək haqqı: 800 - 900 AZN Şirkət: Nİ Group Supply MMC Müraciət: https://ejob.az/is-elani/104288-satinalma-uzre-mutexessis/

Oʻxshash eʼlonlar