Prayk

Satış meneceri

700 ₼
Tekshirilgan1 hafta oldin
Shahar
Bakı
Kategoriya
Savdo
Sana
Koʻrishlar
3
Raqam
№4592028

Tavsif

“Office Point” MMC, dəftərxana və ofis ləvazimatları üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır. İş rejimi: 5 günlük (I-V günlər saat 10:00 dan–18:00 dək) Əmək haqqı: 700- 1500 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya). Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə. Qeyd: Satış şəxsi avtomobili olanlara üstünlük verilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Korporativ satış üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Tələblər: Korporativ satış sahəsində minimum 3 il təcrübə. Güclü ünsiyyət və təqdimat bacarıqları. Analitik düşüncə və problem həll etmə qabiliyyəti. Satış texnikaları və danışıqlar aparma bacarığı. Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq. Vəzifə öhdəlikləri: Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi. Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması. Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi. Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi. Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması. Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi. Maaş: 700-1500 AZN Yaş: 26-40 Təhsil: Natamam ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Eʼlon manbai

Asl eʼlonni ochish

© Officepoint boss.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp