Prayk

Satış Meneceri (Beynəlxalq Logistika)

600 ₼
Tekshirilgan2 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
4
Raqam
№3754642

Tavsif

Satış Meneceri (Beynəlxalq Logistika) Şirkət:* China2Baku Logistics & Trade İş yeri:* Bakı şəhəri, Çinar Park, Əhməd Rəcəbli küçəsi Əmək haqqı:* 600 AZN + satışlardan yüksək bonus sistemi İş barədə məlumat China2Baku Logistics & Trade Çin–Azərbaycan istiqamətində fəaliyyət göstərən beynəlxalq logistika şirkətidir. Komandamıza logistika sahəsini yaxşı bilən, satış bacarığı yüksək olan Satış Meneceri axtarırıq. Biz təklif edirik Rəsmi əmək müqaviləsi; Stabil əmək haqqı – *600 AZN*; Satış nəticələrinə əsasən yüksək bonus sistemi; Karyera yüksəlişi imkanı; Rahat ofis şəraiti və peşəkar kollektiv; Beynəlxalq logistika sahəsində inkişaf və təlim imkanları. İş qrafiki Bazar ertəsi – Cümə 09:00 dan – 18:00 dək CV-lərinizi* *[](mailto:)* elektron poçt ünvanına *"Satış Meneceri (Logistika)"* mövzusu ilə göndərməyiniz xahiş olunur. Qeyd:* Yalnız logistika sahəsində təcrübəsi olan namizədlərin müraciətlərinə baxılacaq. Çin istiqamətində beynəlxalq daşımalar üzrə təcrübə namizədə üstünlük qazandıracaq. Mütləq beynəlxalq logistika sahəsində iş təcrübəsi (xüsusilə Çin istiqaməti üstünlükdür);* Freight forwarding və ya logistika şirkətində satış təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı; İngilis dili biliyi üstünlük hesab olunur; MS Office proqramlarında işləmək bacarığı; Danışıqlar aparmaq və satış bağlamaq bacarığı; Məsuliyyətli, çevik, nəticəyönümlü və komandada işləmə bacarığı. Çin–Azərbaycan istiqamətində logistika xidmətlərinin satışını həyata keçirmək; Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; Müştərilərlə görüşlər keçirmək və şirkətin xidmətlərini peşəkar şəkildə təqdim etmək; Daşıma tarifləri üzrə müştərilərə düzgün məlumat vermək; Daşımaların təşkili zamanı əməliyyat şöbəsi ilə koordinasiyalı işləmək; Kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasında iştirak etmək; Satış planını yerinə yetirmək və aylıq hesabatlar təqdim etmək; Bazar araşdırması aparmaq və yeni satış imkanlarını müəyyən etmək. Əmək haqqı: 600 AZN
REKLAMA