Prayk
Satış Təmsilçisi — Satış, Bakı
2 000 ₼

Satış Təmsilçisi

TekshirilganBugun
Shahar
Bakı
Kategoriya
Savdo
Sana
Koʻrishlar
5
Raqam
№4284748

Tavsif

İş haqqında məlumat: NewCond şirkəti  HVAC sahəsində, xüsusilə də  VRF kondisioner sistemlərinin korporativ satışını həyata keçirəcək peşəkar əməkdaş axtarır.Vəzifə öhdəlikləri:VRF və digər HVAC sistemlərinin korporativ müştərilərə təqdimatı və satışı;Yeni korporativ müştərilərin və layihələrin axtarılması;Tikinti şirkətləri, layihələndirmə təşkilatları, podratçılar və digər biznes müştəriləri ilə əlaqələrin qurulması;Layihələr üzrə texniki və kommersiya təkliflərinin hazırlanması;Müştərinin texniki tələblərinin müəyyənləşdirilməsi və uyğun HVAC həllərinin təklif olunması;Görüşlərin, təqdimatların və danışıqların aparılması;Mövcud müştəri portfelinin inkişaf etdirilməsi;Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması;Bazarın və rəqib şirkətlərin araşdırılması. Tələblər: Yaş: 25–45VRF, VRV, Multi Split və digər HVAC sistemləri üzrə 5 illik  peşəkar texniki bilik;HVAC sahəsində korporativ satış üzrə praktiki iş təcrübəsi;VRF sistemlərinin iş prinsipi, seçim və tətbiqi barədə yaxşı anlayış;Layihə oxuma və texniki spesifikasiyaları anlama bacarığı;Korporativ müştərilərlə danışıqlar aparmaq və satış bağlamaq bacarığı;Aktiv müştəri bazası və HVAC sektorunda əlaqələrin olması üstünlükdür;Azərbaycan dili sərbəst, rus və/və ya ingilis dili bilmək üstünlükdür;MS Office proqramlarında işləmək bacarığı;Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək kommunikasiya qabiliyyəti.Şirkət tərəfindən:Əməkhaqqı 2000-2500;Satış nəticələrinə əsaslanan bonus sistemi;Korporativ müştərilər və böyük layihələrlə işləmək imkanı;Peşəkar inkişaf və karyera perspektivi;Müasir və peşəkar iş mühiti.İş yeri: Bakıİş qrafiki: Tam iş günü Maaş: 2000 - 2500 ₼ Son müraciət: 23/10/2026

Oʻxshash eʼlonlar