3D Diaqnostik Mərkəz aktiv, hədəfə meyilli satış mütəxəssislərini öz komandasına dəvət edir!
Əgər siz insanlarla işləməyi sevirsinizsə, yaxşı qazanmaq istəyirsinizsə, insanlarla ünsiyyət qabiliyyətiniz yüksəkdirsə bizim komandamıza qoşula bilərsiniz.
Namizədə tələblər:
• Satış meneceri və ya müvafiq sahədə iş təcrübəsi arzu olunandır ancaq vacib deyil
• Əla ünsiyyət və təqdimat bacarıqları
• Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.
• Azərbaycan dilində səlis danışıq (rus dili arzu olunandır)
• İnkişafı sevən, karyera qurmaq istəyən
İşçinin vəzifəsi:
• Daim aktiv müştəri bazasının araşdırılması
• Müştərilərin məhsul və ya mərkəzin xidmətləri ilə bağlı konsultasiya olunması
• Danışıqların aparılması, müqavilələrin bağlanması, aktiv müştərilərə iş və uzun müddətli müqavilələrin qurulması
• Satış planının icra olunması
• Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək
• Müştərilərlə görüşlər təşkil edərək xidmətlər barədə ətraflı məlumat vermək.
• Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq.
• Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq.
• Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək
İş şəraiti haqqında:
• 6 günlük iş həftəsi, iş saatı 09:00 - 18:00; (istirahət günü-bazar)
• Əmək haqqı – 500-800 AZN
• Karyera artımı perspektivi və professional inkişaf
• Mehriban kollektiv və komfortlu iş şəraiti
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati