Prayk

Satış üzrə mütəxəssis tələb olunur

Kelishiladi
Tekshirilgan1 hafta oldin
Shahar
Bakı
Kategoriya
Savdo
Sana
Koʻrishlar
5
Raqam
№3544682

Tavsif

USA Auto Auction - ABŞ və Çin mənşəli avtomobillərin idxalı üzrə ixtisaslaşmış, sürətlə böyüyən beynəlxalq şirkətdir. Biz avtomobil sahəsinə marağı olan, ünsiyyətcil və məsuliyyətli müştəri əlaqələri və satış üzrə mütəxəssis axtarırıq. Vəzifələr: •Müştərilərlə telefon, WhatsApp və ofis görüşləri vasitəsilə əlaqə qurmaq •Avtomobil auksionları və sifariş prosesi haqqında ətraflı məlumat vermək •Sifarişləri izləmək, müştəriyə mərhələli şəkildə məlumat çatdırmaq •Satış sonrası dəstək göstərmək və müştəri məmnuniyyətini təmin etmək •Avtomobillərlə bağlı texniki məlumatları və bazar qiymətlərini izah etmək Namizəddən tələblər: •Azərbaycan dili – sərbəst •İngilis dili – minimum B1 səviyyəsində •Rus və Çin dili – arzuolunandır •Avtomobillər haqqında ümumi anlayış və maraq •Yaxşı ünsiyyət və təqdimat bacarığı •Kompüter və mobil tətbiqlərlə işləmə bacarığı (Gmail, WhatsApp, Google Sheets və s.) •Müştəriyönümlü düşüncə və operativ işləmək qabiliyyəti Biz sizə nə təklif edirik? •Satış və avtomobil sahəsində praktiki təlimlər və biliklər •Peşəkar və gənc komanda ilə işləmək imkanı •Şirkət tərəfindən təşkil olunan rayonlara turlar və komanda fəaliyyəti •Yaxşı nəticə göstərən əməkdaşlar üçün bonuslar və karyera inkişafı •Rəsmi əmək müqaviləsi və rəsmi əmək haqqı •Gündəlik maraqlı və dinamik iş mühiti, yeni insanlarla ünsiyyət və şəxsi inkişaf fürsəti İş şərtləri: •İş yeri: Bakı şəhəri, ofis şəraitində •İş qrafiki: Tam iş günü •Əmək haqqı: Sabit maaş + bonus sistemi CV göndərmək üçün: [email protected] Əlaqə üçün: (Murad) AF City Plaza, R. Behbudov 55 Fəaliyyət sahəsi: Satış İxtisas: Satış üzrə mütəxəssis Şirkət növü: Birbaşa işəgötürən İş qrafiki: Tam İş təcrübəsi: 1 ildən 3 ilə qədər Təhsil: Natamam ali İş yerinin ünvanı: AF City Plaza, R. Behbudov 55
REKLAMA