Prayk
Satış və Marketinq meneceri — Satış
Kelishiladi

Satış və Marketinq meneceri

Tahlil qilingan4 hafta oldin
Kategoriya
Savdo
Sana
Koʻrishlar
4
Raqam
№3112913

Tavsif

Təsvir Satış və marketinq strategiya və planlarının icrasını təmin etmək; Pərakəndə satış və distribyutor kanalları üzrə satış, gəlirlilik və paylanma hədəflərini idarə etmək; Bazar, rəqib, qiymət və istehlakçı tendensiyalarını təhlil etmək; Yeni müştəri və satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək; Distribyutor və əsas müştərilərlə əməkdaşlığı idarə etmək; Marketinq kampaniyalarını, təşviqat və ticarət marketinqi fəaliyyətlərini koordinasiya etmək; Brend, rəqəmsal kommunikasiya və mağazadaxili görünürlük fəaliyyətlərini idarə etmək; Satış və marketinq göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq; Satış və marketinq büdcəsinin icrasına nəzarət etmək; Aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək. Tələblər Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil; Sürətli istehlak malları sektorunda satış və/və ya marketinq üzrə minimum 5 il, rəhbər və ya nəzarətçi səviyyəsində minimum 2 il təcrübə; Pərakəndə satış, distribyutorların idarə edilməsi və əsas müştərilərlə iş üzrə təcrübə; Analitik və strateji düşüncə; Excel və PowerPoint üzrə yaxşı bilik; Azərbaycan və İngilis dili biliyi; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Nəticəyönümlülük və təşəbbüskarlıq. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Təlim dəstəyi Yanacaq dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 25.10.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Grand Agro MMC jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp