
Bakı9
Sənədlərin tərtibatı üzrə mütəxəssis
Sənədlərin tərtibatı üzrə mütəxəssis
900 ₼
TekshirilganBugun
ShaharBakı
Sana
Koʻrishlar9
Raqam№5199156
Tavsif
Namizəd üçün tələblər:
Ali təhsil mütləqdir.
MS Office proqramlarında sərbəst işləmə bacarığı.
İngilis dili biliyi, yazılı və şifahi ünsiyyət bacarığı.
Aconex platforması ilə işləmək bacarığı.
Görüş qeydlərinin (Meeting Notes) və iclas protokollarının hazırlanması bacarığı.
Texniki və inzibati sənədlərlə işləmək bacarığı.
Komanda ilə işləmək və ünsiyyət bacarıqları.
Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı.
Yaş həddi: 21–35.
İş haqqında məlumat:
Layihələr üzrə daxil olan bütün texniki və inzibati sənədlərin qəbul edilməsi, qeydiyyatı və sistemləşdirilməsi.
Sənədlərin daxili prosedur və standartlara uyğunluğunun yoxlanılması.
Aconex platformasında sənədlərin yerləşdirilməsi, yenilənməsi, paylaşılması və versiyalarının izlənilməsi.
Layihə komandası (mühəndislər, dizaynerlər və digər şöbələr) ilə sənəd mübadiləsinin koordinasiyası.
Müştəri və podratçılarla sənədlərin rəsmi qaydada paylaşılması və izlənilməsi.
Görüşlərdə iştirak edilməsi, müzakirələrin qeydə alınması və Meeting Notes sənədlərinin hazırlanması.
Sənəd dövriyyəsi üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Sənədlərin məxfilik qaydalarına uyğun idarə olunmasının təmin edilməsi.
İş şəraiti
İş qrafiki: 6 günlük
Əmək haqqı: 900 AZN
İş yeri: Tikinti ərazisi
Layihənin müddəti: 1 il
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Sənədlər üzrə mütəxəssis” adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/201700/senedlerin-tertibati-uzre-mutexessis
REKLAMA


