Prayk

Senior Finance Specialist

Kelishiladi
Tekshirilgan1 hafta oldin
Shahar
Bakı
Kategoriya
Moliya
Sana
Koʻrishlar
7
Raqam
№4724787

Tavsif

İş haqqında məlumat: Əmək haqqı razılaşma yolu ilə İş yeri ünvanı Üzeyir Hacıbəyov küçəsi 57(Ferrari Binası) Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır. Namizədə olan tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Maliyyə hesabatları, büdcələşdirmə və maliyyə təhlili sahəsində minimum 3–4 il iş təcrübəsi; IFRS və maliyyə hesabatlarının hazırlanması prinsipləri üzrə biliklər; P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili bacarığı; İllik büdcənin, aylıq maliyyə proqnozlarının (Forecast) və Reforecast modellərinin hazırlanması üzrə təcrübə; Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlili, kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və izahı; EBITDA, xalis mənfəət, mənfəət marjası, dövriyyə kapitalı və digər əsas maliyyə göstəricilərinin təhlili; Excel proqramında yüksək səviyyədə işləmək bacarığı Böyük həcmli maliyyə məlumatlarının emalı, konsolidasiyası və dəqiqləşdirilməsi üzrə təcrübə; ERP sistemləri, xüsusilə 1C,  digər maliyyə sistemləri ilə işləmək bacarığı; Büdcələşdirmə prosesinin koordinasiyası və müxtəlif departamentlərdən maliyyə məlumatlarının toplanması təcrübəsi; Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və problem həll etmə bacarığı; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür; Güclü kommunikasiya, təqdimat və hesabatların nəticələrini rəhbərliyə izah etmə bacarığı. Balance Sheet reconciliation prosesinin həyata keçirilməsi, balans hesablarının üzləşdirilməsi və mövcud uyğunsuzluqların müəyyən edilərək aradan qaldırılmasının təmin edilməsi; Üstünlük verilən xüsusiyyətlər: Holdinq və ya çoxşirkətli strukturda (Group Finance) iş təcrübəsi; Büdcə modellərinin qurulması və maliyyə planlaşdırılması proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə; Maliyyə məlumatlarının konsolidasiyası və müxtəlif şirkətlərin nəticələrinin müqayisəli təhlili bacarığı; Power BI və digər biznes analitika alətləri ilə işləmək bacarığı; ACCA, CIMA və ya digər beynəlxalq maliyyə kvalifikasiyaları üzrə təhsil və ya sertifikatların olması. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/199358/senior-finance-specialist
REKLAMA