Prayk

Sətəm mühəndisi

1 000 ₼
Tekshirilgan2 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
11
Raqam
№3345764

Tavsif

İş yeri: "AZSƏNAYETİKİNTİLAYİHƏ "MMC Vəzifə öhdəlikləri: *Müəssisədə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək; *İşçilərin sağlam və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək; *SƏTƏMM üzrə risklərin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün təhlillər aparmaq; *İstehsalat qəzaları, xəsarət halları, zəhərlənmələr və digər hadisələrin araşdırılmasında iştirak etmək, aktlar tərtib etmək, hesabatlar hazırlamaq; *Yeni işçilərin ilkin SƏTƏMM təlimatlandırılmasını və mütəmadi olaraq mövcud işçilərin yenidən təlimatlandırılmasını təşkil etmək; *Təhlükəli iş sahələrində SƏTƏMM qaydalarının yerinə yetirilməsinə gündəlik nəzarət etmək və pozuntu halları barədə akt tərtib etmək; *İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət etmək; *Sahə üzrə plan və proqramlar (təlimat planı, yoxlama planı, risk təhlili və s.) tərtib etmək və yerinə yetirilməsinə nəzarət etmək; *SƏTƏMM sahəsində hesabatların hazırlanması, aidiyyəti orqanlara və rəhbərliyə təqdim etmək; *Yanğın təhlükəsizliyi sistemlərinin (yanğınsöndürənlər, siqnalizasiya, çıxış yolları) vəziyyətinə nəzarət etmək və təftişlər aparmaq; *Ətraf mühitə təsirin minimuma endirilməsi üçün ekoloji nəzarət və tullantıların idarə olunmasına dair tədbirlər görmək; *Aidiyyəti dövlət qurumlarının yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək;
REKLAMA