Prayk

Şəxsi Avtomobili ilə Sürücü

1 000 ₼
TekshirilganKecha
Shahar
Bakı
Sana
Koʻrishlar
8
Raqam
№6202438

Tavsif

Əsas vəzifə və öhdəliklər: Səhər saat 08:10-da Qara Qarayev ərazisindən əməkdaşları götürərək Binə qəsəbəsinə çatdırmaq; Axşam saat 18:00-da əməkdaşları Binə qəsəbəsindən Qara Qarayev ərazisinə aparmaq; İş günü ərzində saat 09:00–16:00 aralığında şirkətin ehtiyaclarına uyğun olaraq şəhərdaxili gediş-gəlişləri həyata keçirmək; Nəqliyyat vasitəsinin texniki sazlığını və təmizliyini təmin etmək; Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etmək; Əməkdaşların və şirkətə məxsus sənəd və yüklərin təhlükəsiz daşınmasını təmin etmək; Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Namizədə dair tələblər: B kateqoriyalı sürücülük vəsiqəsi; Sürücülük təcrübəsi; 6–8 nəfərlik sərnişin tutumuna malik şəxsi avtomobilin (Mercedes-Benz Vito və ya analoji nəqliyyat vasitəsi) olması; Bakı şəhərinin küçə və yollarını yaxşı tanımaq; Yol hərəkəti qaydalarına ciddi riayət etmək; Məsuliyyətli, intizamlı və punktual olmaq; Ünsiyyət və davranış mədəniyyətinə malik olmaq; Avtomobilin texniki vəziyyətinə diqqətlə yanaşmaq. İş şərtləri: Əmək haqqı: 1 000 AZN; İş qrafiki: Həftədə 5 gün; Nahar: Şirkət tərəfindən təmin olunur; Mobil nömrə: Şirkət tərəfindən təmin olunur; Yanacaq xərcləri: Şirkət tərəfindən qarşılanır. İş qrafiki və marşrut: Səhər: 08:10 – Qara Qarayev ərazisindən əməkdaşların götürülməsi və Binə qəsəbəsinə çatdırılması; Gün ərzində: 09:00–16:00 – Şirkətin tapşırıqları əsasında şəhərdaxili gediş-gəlişlər; Axşam: 18:00 – Əməkdaşların Binə qəsəbəsindən Qara Qarayev ərazisinə çatdırılması. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Şəxsi Avtomobili ilə Sürücü” E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/207861/sexsi-avtomobili-ile-surucu
REKLAMA