Prayk

Silo Operatoru (Şamaxı)

Kelishiladi
Tekshirilgan1 hafta oldin
Shahar
Şamaxı
Sana
Koʻrishlar
8
Raqam
№4660965

Tavsif

Əsas vəzifə öhdəlikləri: Silo bunkerlərində saxlanılan taxılın temperatur və keyfiyyətə nəzarət sistemlərinin idarə edilməsi; Silo bunkerlərinin təsdiq edilmiş qrafikə uyğun texniki baxışının və təmirinin həyata keçirilməsi; Yem anbarına yemin verilməsi və silolara yemin qəbulunun təmin edilməsi; Yem anbarında üyütmə prosesinə nəzarət və üyütmə avadanlıqlarının dövri texniki baxışının aparılması. Namizədə tələblər: Kompüter bilikləri (MS Office və istehsalat proqramları) – mütləqdir; Silo komplekslərində və ya taxıl saxlama müəssisələrində iş təcrübəsi – 1 il Elektrik və elektronika üzrə orta səviyyədə biliklər – arzuolunandır Üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə təcrübəsi – mütləqdir; Temperatur nəzarət sistemləri və sensorlarla işləmə bacarığı; Silo avadanlıqlarının (konveyer, şnek, ventilyasiya sistemi və s.) iş prinsiplərini bilməsi; Taxılın saxlanması zamanı temperatur və rütubətə nəzarət prinsiplərini bilməsi; Hündürlükdə işləmək bacarığı; Qəza və nasazlıq hallarında operativ qərar qəbul etmək və rəhbərliyi dərhal məlumatlandırmaq bacarığı; Növbəli iş rejimində işləməyə hazır olması; Rus dili biliyi – arzuolunandır; İngilis dili biliyi – arzuolunandır; Məsuliyyətli, diqqətli və intizamlı olması. İş şəraiti: İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Silo Operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/198986/silo-operatoru-samaxi
REKLAMA