Prayk

Smeta mühəndisi

1 000 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
5
Raqam
№2139133

Tavsif

Luxstroy Construction həyata keçirdiyi tikinti layihələri üzrə təcrübəli və məsuliyyətli Smeta mühəndisi axtarır. İş qrafiki: Bazar ertəsi–Cümə: 10:00–18:00 Şənbə: 10:00–14:00 Bazar günü: istirahət günü Şirkət: Luxstroy Construction Məşğulluq növü: Tam ştat Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək Müraciət qaydası: Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə "[email protected]" elektron poçt ünvanına və ya elanda qeyd edilən nömrəyə göndərə bilərlər. Tələblər: Tikinti-quraşdırma və təmir işləri üzrə smeta hazırlamaq bacarığı; Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması üzrə təcrübə; Tikinti norma və qaydaları, layihə-smeta sənədlərinin hazırlanma prinsipləri barədə bilik; Memarlıq, konstruktiv və mühəndis layihələrini oxumaq bacarığı; Microsoft Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək; AutoCAD proqramında işləmək bacarığı; MS Project və 1C proqramlarını bilmək üstünlükdür; Analitik düşünmə və dəqiq hesablama bacarığı; Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq; Komandada işləmək və müəyyən olunmuş vaxt çərçivəsində tapşırıqları yerinə yetirmək bacarığı Vəzifə öhdəlikləri: Memarlıq, konstruktiv və mühəndis layihələri əsasında smetaların hazırlanması; Layihələr üzrə iş həcmlərinin hesablanması və material sərfiyyatının müəyyən edilməsi; Layihəyə dair aylıq texniki hesabatların, Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması; Podratçı və subpodratçılar tərəfindən təqdim edilən smeta və görülmüş iş hesabatlarının yoxlanılması; Tikinti sahələrindən daxil olan texniki hesabatların təhlil edilməsi; Tikinti-quraşdırma və təmir işləri üzrə qiymət təkliflərinin hazırlanması və təhlili; Razılaşdırılmış qiymətlər əsasında yekun smeta sənədlərinin tərtib edilməsi; Layihə, spesifikasiya, iş həcmləri və smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən olunması; Layihədə nəzərdə tutulmayan əlavə işlərin və dəyişikliklərin hesablanması; Material, avadanlıq və görüləcək işlər üzrə bazar qiymətlərinin araşdırılması; Layihə xərclərinin planlaşdırılması və büdcəyə uyğunluğunun yoxlanılması; Smeta sənədlərinin tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi; Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında hazırlanaraq təqdim olunması. Maaş: 1000-2000 AZN Yaş: 25-50 Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq

Eʼlon manbai

Asl eʼlonni ochish

© Luxstroy MMC boss.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp