Prayk
SMM / AI mütəxəssisi — Marketing, reklam, PR
1 000 ₼

SMM / AI mütəxəssisi

NusxaKecha
Sana
Koʻrishlar
5
Raqam
№4192276

Tavsif

Müasir AI alətləri, xüsusilə ChatGPT və Claude ilə işləməyi bacaran, kontent yarada bilən və sosial şəbəkələri müstəqil şəkildə idarə edə bilən SMM mütəxəssisi axtarırıq. Vəzifələr Instagram, TikTok, LinkedIn və digər sosial şəbəkələrin idarə edilməsi. Kontent-planın hazırlanması və həyata keçirilməsi. Dizaynlı postların, Stories, Reels və mini-animasiyaların hazırlanması. Şirkətin məhsulları haqqında kontentin hazırlanması və paylaşılması. Videomontajçıdan hazır video materialların qəbul edilməsi və kontentin sosial şəbəkələrdə vaxtında paylaşılması. Videomontajçı ilə birlikdə qısa videolar üçün ideya və ssenarilərin hazırlanması. Kontent, ideya və vizual materialların hazırlanması üçün ChatGPT, Claude və digər AI alətlərindən istifadə. Sosial şəbəkələrdə trendlərin izlənilməsi və şirkətin səhifəsinə uyğunlaşdırılması. Meta Ads reklamlarının qurulması və idarə edilməsi. Tələblər SMM sahəsində ən azı 3 il iş təcrübəsi. ChatGPT və Claude ilə sərbəst işləmək bacarığı. Dizaynlı kontent, Stories və Reels hazırlamaq bacarığı. Qısa videolar çəkmək bacarığı. Meta Ads biliyi və reklam kampaniyalarını müstəqil şəkildə qurmaq bacarığı. Yaradıcı yanaşma, məsuliyyətlilik və son tarixlərə riayət etmək. Portfolio təqdim edilməsi mütləqdir. SEO bacarıqları və Google Ads biliyi üstünlükdür. İş şəraiti İş qrafiki - Bazar ertəsi–Cümə: 10:00–19:00. Şənbə — qısa iş günü: ayda 2 şənbə iş günü, 2 şənbə istirahət günüdür. Əmək haqqı: 1000 AZN İş yeri - Bakı, 28 May metrosunun yaxınlığı, Şərq Bazarın yaxınlığı Əgər qeyd olunan tələblərə uyğunsunuzsa, zəhmət olmasa CV-nizi və PortFolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “SMM” qeyd etməyiniz xahiş olunur. Maaş: 1000 AZN Son müraciət tarixi: 08.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/hikvision-co-smm-ai-mutexessisi-153375

Oʻxshash eʼlonlar

SMM — Bakı
1 000 ₼

SMM


BakıBugun 09:52
SMM
800 ₼

SMM


25.09.2026