
7
SMM & Digital Marketing Manager

Kelishiladi
SMM & Digital Marketing Manager
TekshirilganBugun
Sana
Koʻrishlar7
Raqam№5679906
Tavsif
Komandamıza yaradıcı düşüncəyə malik, vizual zövqü yüksək, sosial media trendlərini izləyən və ideyalarını peşəkar kontentə çevirə bilən SMM & Digital Marketing Manager axtarırıq!
Əsas vəzifə öhdəlikləri:
Şirkətin sosial media hesablarının (Instagram, Facebook və s.) idarə olunması;
Sosial media strategiyasının və aylıq kontent planının hazırlanması;
Kreativ Reels, videoçarxlar, post və Stories dizaynlarının hazırlanması;
Brendin vizual üslubunun qorunması və inkişaf etdirilməsi;
Reklam mətnlərinin və kreativ kampaniya ideyalarının hazırlanması;
Meta Ads Manager vasitəsilə target reklamlarının müstəqil qurulması və idarə olunması;
Reklam kampaniyalarının nəticələrinin təhlili və optimallaşdırılması;
Sosial media hesablarının inkişafı, auditoriyanın və satışların artırılması.
Namizədə tələblər:
SMM və Digital Marketing sahəsində minimum 3 il iş təcrübəsi;
Kreativ düşüncə, güclü vizual zövq və yaradıcı yanaşma;
Peşəkar səviyyədə Reels, video və qrafik kontent hazırlamaq bacarığı;
Canva, CapCut, Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere Pro, After Effects və digər müvafiq dizayn və video montaj proqramları ilə işləmək bacarığı;
Meta Ads Manager üzrə praktiki təcrübə və target reklamlarını müstəqil idarə etmək bacarığı;
Sosial media trendlərini izləmək və onları yaradıcı şəkildə tətbiq etmək;
Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində düzgün və cəlbedici mətn yazmaq bacarığı;
Portfolio təqdim edilməsi mütləqdir.
Üstünlük hesab olunur:
Turizm və səyahət sahəsində SMM təcrübəsi;
Travel kontentinin hazırlanması və turizm məhsullarının tanıdılması üzrə təcrübə;
İngilis və rus dillərini bilmək;
Uğurlu reklam kampaniyaları və real nəticələrdən ibarət portfolio.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Həftənin 5 günü (Bazar ertəsi – Cümə);
Əmək haqqı: Yüksək əmək haqqı, namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
CV və portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin CV göndərməsi xahiş olunur.
Son müraciət tarixi: 06.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/bridge-travel-smm-digital-marketing-manager-155739
REKLAMA











