Prayk
SMM Mütəxəssisi (Social Media Manager) — Marketing, reklam, PR
1 700 ₼

SMM Mütəxəssisi (Social Media Manager)

Tekshirilgan4 hafta oldin
Sana
Koʻrishlar
12
Raqam
№3032304

Tavsif

Müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün SMM Mütəxəssisi axtarılır. Vəzifələr: Brendin sosial media hesablarının gündəlik idarə olunması; Brendin tanıdılması və inkişafı üçün yaradıcı ideyaların hazırlanması; Foto və video çəkiliş proseslərində aktiv iştirak; Sosial media üçün kreativ kontentlərin hazırlanması; Blog yazılarının hazırlanması və paylaşılması; Sosial media trendlərinin izlənilməsi və tətbiqi; Digital brendinq prosesinin idarə olunması; Reklam və digital kampaniyaların planlaşdırılması və idarə olunması; Sosial media göstəricilərinin (metric) izlənilməsi və analiz edilməsi. Namizədə tələblər: SMM sahəsində ən azı 2 il iş təcrübəsi; Güclü estetik baxış və vizual düşüncə; Foto və video çəkiliş bacarığı; Blog yazmaq və kreativ mətnlər hazırlamaq bacarığı; Sosial media platformalarının idarə olunması üzrə praktiki təcrübə; Digital brendinq və brendin onlayn idarə olunması üzrə anlayış; Sosial media metric-lərinin təhlili və nəticələrin qiymətləndirilməsi; Figma proqramı ilə işləmək bacarığı; Post, story və reels üçün kreativ ideyalar hazırlamaq bacarığı; Trendləri izləmək və onları brendə uyğun şəkildə tətbiq etmək; Yaradıcı düşüncə, operativlik və yüksək ünsiyyət bacarığı; Komandada işləmək və deadline-lara riayət etmək bacarığı. ​​​​​​​Biz təklif edirik: Əməkhaqqı: 1700 AZN +Bonus; Yaradıcı və dinamik iş mühiti; Brendin digital inkişafında aktiv iştirak etmək imkanı. Enerjili komanda ilə işləmək və öz ideyalarını həyata keçirmək istəyirsənsə —CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər. Maaş: 1700 AZN Son müraciət tarixi: 24.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/saena-mmc-smm-mutexessisi-social-media-manager-152171
REKLAMA