Prayk

Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis

Kelishiladi
TekshirilganKecha

№6376315·Koʻrishlar: 1

Tavsif

Əsas vəzifə öhdəlikləri Şirkətin sosial media strategiyasına əsasən həftəlik və aylıq kontent plan hazırlamaq; Instagram, Facebook, TikTok, LinkedIn və digər sosial media platformalarının idarə olunmasını təmin etmək; Brendin vizual və kommunikasiya üslubuna uyğun kreativ kontent ideyaları hazırlamaq; Foto, video, Reels və digər rəqəmsal kontentlərin hazırlanması və prosesi koordinasiya etmək; Sosial media reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq; Meta Ads Manager və digər reklam platformaları üzərindən hədəfli reklam kampaniyaları həyata keçirmək; Sosial media göstəricilərini (Reach, Engagement, CTR, Conversion və s.) təhlil etmək və hesabatlar hazırlamaq; İzləyicilərlə kommunikasiyanı və sosial media üzərindən daxil olan müraciətlərin idarə olunmasını təmin etmək; Influencer və kontent yaradıcıları ilə əməkdaşlıqları təşkil etmək; Aylıq sosial media hesabatlarını hazırlamaq və inkişaf təklifləri vermək. Namizədə dair tələblər Marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsil; Sosial media marketinqi sahəsində minimum 2 il iş təcrübəsi; Instagram, Facebook, TikTok platformalarının idarə olunması üzrə praktiki biliklər; Kontent strategiyasının və sosial media planlarının hazırlanması bacarığı; Sosial media analitikası və KPI-ların ölçülməsi üzrə biliklər; Kreativ düşünmə, güclü kommunikasiya və analitik təhlil bacarığı; Komanda ilə işləmək, vaxtı düzgün idarə etmək və paralel layihələri koordinasiya etmək bacarığı; Pərakəndə satış (Retail) sektorunda iş təcrübəsi; E-commerce və rəqəmsal marketinq kampaniyaları üzrə təcrübə; Influencer marketing və UGC layihələrinin idarə olunması; Foto və video çəkilişlərinin təşkili üzrə praktiki bacarıqlar. Biz nə təklif edirik? Rəqabətli əməkhaqqı; Nahar təminatı; Peşəkar inkişaf və karyera imkanları; Dinamik və yaradıcı iş mühiti. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208884/sosial-media-marketinqi-uzre-aparici-mutexessis
REKLAMA