Prayk

SPA şöbəsi üzrə qeydiyyatçı

Kelishiladi
Tekshirilgan3 hafta oldin
Sana
Koʻrishlar
15
Raqam
№3818172

Tavsif

İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Telefon, elektron poçt və digər kanallar vasitəsilə daxil olan SPA rezervasiya müraciətlərini qəbul etmək və idarə etmək; Qonaqlara SPA xidmətləri, prosedurlar, qiymətlər və mövcudluq barədə ətraflı məlumat vermək; SPA rezervasiyalarını sistemə düzgün daxil etmək və dəyişiklikləri vaxtında həyata keçirmək; Rezervasiyaların təsdiqi, ləğvi və dəyişdirilməsi ilə bağlı qonaqlara operativ məlumat vermək; Qonaqları qarşılamaq, qeydiyyat və çıxış proseslərini həyata keçirmək; Qonaqların xüsusi istəklərini qəbul etmək və aidiyyəti əməkdaşlara düzgün şəkildə yönləndirmək; SPA şöbəsinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları yoxlamaq və hesabatların hazırlanmasına dəstək olmaq; SPA və digər hotel şöbələri ilə koordinasiyalı işləmək; Hotelin xidmət standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək. Namizədə tələblər: SPA, Front Office, Reception və ya hotelçilik sahəsində minimum 1 il iş təcrübəsi üstünlükdür; SPA və ya hotel rezervasiya sistemləri ilə işləmə bacarığı üstünlükdür; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür); MS Office proqramlarında işləmək bacarığı; Güclü ünsiyyət və müştəri xidmətləri bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Səliqəli və nəzakətli görünüş; Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SPA şöbəsi üzrə qeydiyyatçı” qeyd etmələri xahiş olunur. Son müraciət tarixi: 05.11.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Mercure Hotels Baku City jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp