Prayk
Təchizat Zənciri Meneceri — Nəqliyyat, logistika, anbar
Kelishiladi

Təchizat Zənciri Meneceri

TekshirilganBugun
Sana
Koʻrishlar
1
Raqam
№4697697

Tavsif

Təsvir Təchizatın planlaşdırılması və proqnozlaşdırılması Şirkətin təchizat zənciri sisteminin fəaliyyətini təşkil etmək, idarə etmək və mütəmadi olaraq təkmilləşdirmək; Satış, layihə və servis departamentlərinin tələbatına əsasən malların təchizatı üzrə qısa, orta və uzunmüddətli planlar hazırlamaq; Təchizat müddətlərini (lead time) təhlil etmək və kritik mövqelər üzrə ehtiyat planları müəyyən etmək. Satınalma və təchizatçıların idarə edilməsi Təchizatçıların və xidmət provayderlərinin axtarışı, qiymətləndirilməsi, seçilməsi və sistemə cəlb edilməsi (onboarding); Təchizatçılarla qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması, sərfəli kommersiya şərtlərinin əldə edilməsi; Satınalma sifarişlərinin (PO) yaradılması, təsdiqi və icrasının izlənməsi; Çatdırılma müddətlərinə nəzarət; gecikmə və uyğunsuzluqlar zamanı eskalasiya və bərpa tədbirlərinin görülməsi; Təchizatçıların fəaliyyətinin müəyyən edilmiş meyarlar üzrə mütəmadi qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; Mal, iş və xidmətlərin satınalınması üzrə müqavilə layihələrinin və digər standart sənədlərin hazırlanmasında iştirak; Təchizat müqavilələrinin şərtlərinin logistika və maliyyə riskləri baxımından təhlili. İdxal, gömrük və sənədləşmə Malların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və gömrük brokerləri ilə koordinasiya; İdxal üçün müvafiq dövlət qurumlarından icazələrin — lisenziya, sertifikat, uyğunluq sənədləri və s. — alınmasının təmin edilməsi; Nəqliyyat və yükdaşıma sənədlərinin (invoys, packing list, CMR, B/L, mənşə sertifikatı və s.) düzgün rəsmiləşdirilməsinə nəzarət; Gömrük qanunvericiliyində dəyişikliklərin izlənməsi və şirkət proseslərinə vaxtında inteqrasiyası; Sənəd dövriyyəsinin təşkili, arxivləşdirilməsi və auditə hazır vəziyyətdə saxlanması. Logistika və nəqliyyat Beynəlxalq və daxili daşımaların təşkili, daşıyıcıların seçilməsi və onlarla iş şərtlərinin müəyyən edilməsi; Optimal marşrut, nəqliyyat növü və Incoterms şərtlərinin seçilməsi ilə daşıma xərclərinin optimallaşdırılması; Logistik proqnozların və planların hazırlanması; Daşınma və saxlanma zamanı malların salamatlığına nəzarət; Servis texniklərinə və quraşdırma briqadalarına ehtiyat hissələrinin sürətli və şəffaf çatdırılması üçün daxili logistika proseslərinin qurulması. Anbar və ehtiyatların idarə edilməsi Anbar işinin təşkili, anbar əməliyyatlarına və işçilərin fəaliyyətinə nəzarət; Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərinin standartlaşdırılması; Ehtiyatların mütəmadi inventarizasiyasının aparılması, faktiki və uçot göstəriciləri arasında uyğunluğun təmin edilməsi; Fasiləsiz təchizat üçün minimum və maksimum ehtiyat həddlərinin (min/max stock) müəyyən edilməsi; Hərəkətsiz və ləng hərəkət edən ehtiyatların (slow-moving / dead stock) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin görülməsi; Saxlanma şərtlərinə və avadanlığın texniki qulluq tələblərinə riayət olunmasına nəzarət. Büdcə, xərclər və hesabatlıq Təchizat zənciri fəaliyyəti üzrə illik büdcənin hazırlanması və onun icrasına nəzarət; Satınalma və logistika xərclərinin təhlili, xərclərin azaldılması üzrə təkliflərin hazırlanması; Rəhbərlik üçün mütəmadi analitik hesabatların hazırlanması və təqdim edilməsi. Risklərin idarə edilməsi və sığorta Təchizat zəncirində risklərin (təchizatın kəsilməsi, gecikmə, qiymət dalğalanması, valyuta riski və s.) müəyyən edilməsi və azaldılması; Avadanlıq, mal və materialların, həmçinin daşıyıcıların məsuliyyətinin sığortalanmasının təşkili; Sığorta hadisələri zamanı sənədləşmə və tələblərin (claim) irəli sürülməsi prosesinin idarə olunması. Proseslərin təkmilləşdirilməsi Satınalma sorğusundan malın qəbuluna qədər olan proseslərin sənədləşdirilməsi və optimallaşdırılması; Təchizat zəncirinin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqi; ERP sistemində təchizat modullarının düzgün istifadəsinin təmin edilməsi; Proseslərdə dəyişikliklərin həyata keçirilməsi üçün əlaqəli şöbələrin və sahə işçilərinin təlimləndirilməsi. Tələblər Təhsil və iş təcrübəsi Ali təhsil — Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Beynəlxalq İqtisadi Münasibətlər, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə üstünlükdür; İxtisas üzrə və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi; Texniki avadanlıq, tikinti və ya sənaye sahəsində təchizat təcrübəsi üstünlükdür. Peşəkar biliklər Beynəlxalq və daxili daşımalar sahəsində qanunvericiliyin bilinməsi və beynəlxalq daşıyıcılarla iş təcrübəsi; Gömrük qanunvericiliyinin bilinməsi və gömrük orqanları ilə praktiki iş təcrübəsi; İcazə və lisenziyaların alınması prosesinin bilinməsi; Nəqliyyat və yükdaşıma sənədlərinin rəsmiləşdirilməsi prosesinin bilinməsi; Incoterms şərtlərinin bilinməsi; Sənəd dövriyyəsinin əsaslarının bilinməsi; Ehtiyatların idarə edilməsi metodikaları üzrə bilik. Texniki bacarıqlar MS Office proqramları üzrə yüksək səviyyədə bilik ERP sistemlərində iş təcrübəsi; Analitik hesabatların hazırlanması bacarığı. Dil bilikləri Azərbaycan dili — əla; İngilis dili — peşəkar səviyyədə (yazılı və şifahi); Rus dili — peşəkar səviyyədə (yazılı və şifahi); Şəxsi və peşəkar keyfiyyətlər Analitik və sistemli təfəkkür; Danışıqlar aparmaq və problemləri həll etmək bacarığı; Planlaşdırma və prioritetləşdirmə bacarığı, eyni anda bir neçə prosesi idarə etmək qabiliyyəti; Detallara diqqət və yüksək məsuliyyət hissi; Müstəqil işləmə bacarığı, təşəbbüskarlıq və nəticəyönümlülük; Komanda ilə səmərəli işləmə və şöbələrarası kommunikasiya bacarığı. Beynəlxalq sertifikatlar (üstünlükdür) Beynəlxalq sertifikatlardan hər hansı birinin olması namizədin əlavə üstünlüyü kimi qiymətləndiriləcək: Vakansiya növü - Tam ştat İmtiyazlar Parking və yanacaq xərcləri Könüllü tibbi sığorta korporativ nömrə ilə təmin olunur Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 16.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-techizat-zenciri-meneceri-154008
REKLAMA