
5
Telesatış üzrə mütəxəssis

Kelishiladi
Telesatış üzrə mütəxəssis
TekshirilganBugun
Tavsif
Payonix komandamıza qoşulmaq üçün güclü ünsiyyət bacarıqlarına malik, satış sahəsində karyera qurmaq və peşəkar inkişaf etmək istəyən Telesatış üzrə mütəxəssis axtarırıq.
Əgər insanlarla ünsiyyət qurmağı bacarır, müştəri ehtiyaclarını düzgün təhlil edir və hədəflərə çatmaq üçün motivasiyalısınızsa, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik!
Vəzifə öhdəlikləri
BOKT-un potensial və mövcud müştəriləri ilə telefon əlaqəsi yaratmaq və satış zənglərini həyata keçirmək.
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, təkrar satış və əlavə kredit məhsulları üzrə təkliflər vermək.
Kredit şərtləri, faiz dərəcələri, müddətlər, komissiyalar və digər şərtlər barədə müştəriləri düzgün məlumatlandırmaq.
Gündəlik zəng və aylıq satış planlarını yerinə yetirmək;
Satış nəticələrini izləmək və müəyyən edilmiş hesabatlılıq qaydalarına riayət etmək.
Namizədə tələblər
Ali və ya orta ixtisas təhsili;
Satış, telesatış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Səlis nitq, inandırma və aktiv dinləmə qabiliyyəti;
Nəticəyönümlülük, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Kompüter və ofis proqramlarından istifadə bacarığı;
İş şəraiti
İş qrafiki: Həftədə 5 iş günü, saat 10:00–19:00
Əməkhaqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən edilir.
Bacarıqlarınızı real nəticələrə çevirmək, satış sahəsində təcrübənizi artırmaq və peşəkar inkişaf yolunda yeni addım atmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 28.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/payonix-telesatis-uzre-mutexessis-157191
REKLAMA














