
3
Təlim, inkişaf və performansın idarə edilməsi üzrə rəhbər

2 300 ₼
Təlim, inkişaf və performansın idarə edilməsi üzrə rəhbər
TekshirilganBugun
Sana
Koʻrishlar3
Raqam№5922248
Tavsif
Əməkdaşların peşəkar inkişafı və fəaliyyətinin qiymətləndirilməsi proseslərini idarə edəcək təcrübəli rəhbər axtarılır.
Vəzifə öhdəlikləri
Təlim ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları və fərdi inkişaf planları hazırlamaq;
Təlimlərin effektivliyini ölçmək, mentorluq və daxili təlimçi sistemlərini inkişaf etdirmək;
Əsas fəaliyyət göstəriciləri (KPI) və səriştələr əsasında əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək;
Yüksək potensiallı əməkdaşları müəyyənləşdirmək, karyera inkişafı və xələflik planlarının hazırlanmasını təmin etmək;
Təlim, inkişaf və qiymətləndirmə nəticələrini təhlil etmək, hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq.
Namizədə tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Təlim, inkişaf və ya fəaliyyətin qiymətləndirilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
Qeyd olunan istiqamətlərdə ən azı 2 il rəhbərlik təcrübəsi üstünlükdür;
Təlim ehtiyaclarının təhlili, təlim nəticələrinin ölçülməsi və performansın idarə edilməsi alətləri üzrə biliklər;
Əmək qanunvericiliyi üzrə biliklər;
MS Office proqramları və süni intellekt alətləri ilə işləmək bacarığı;
İngilis və rus dillərinin hər biri üzrə minimum B1 səviyyəsində bilik;
Analitik düşüncə, komanda idarəetməsi, təqdimat və fasilitasiya bacarıqları.
Əməkhaqqı 2300 AZN NET
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və inkişaf üzrə rəhbər” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 2300 AZN
Son müraciət tarixi: 13.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-telim-inkisaf-ve-performansin-idare-edilmesi-uzre-rehber-156051
REKLAMA













