Prayk

Təminat şöbəsi – Sürücü

Kelishiladi
TekshirilganKecha
Sana
Koʻrishlar
5
Raqam
№4544836

Tavsif

Vəzifə öhdəlikləri: Xidməti nəqliyyat vasitəsini idarə edir, vəzifəli şəxsləri vaxtında və təhlükəsiz şəkildə lazımi ünvana çatdırır; Xidməti nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına riayət edir; Yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlayır və onu yol boyu təmin edir; Xidməti nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yolda meydana gələn və ixtisaslaşmış texniki xidmət tələb etməyən kiçik nasazlıqları aradan qaldırır; Xidməti nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasını təmin edir; Sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini və yol (marşrut) vərəqəsini təhlükəsiz şəraitdə özündə saxlayır; Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır; Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir; Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir. Tələblər: B kateqoriyası üzrə sürücülük vəsiqəsi; Yaş həddi 25-45 aralığı; Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi; Azərbaycan dilini səlis, İngilis və ya rus dili biliyi arzuolunandır; Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununu barədə tam biliklərə malik olmalıdır; Rayonlar üzrə ezamiyyətə uyğun olmalıdır. Digər: Əmək bazarına uyğun rəqabətli əmək haqqı; İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – sürücü) qeyd edin. Son müraciət tarixi: 13.11.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Azerbaijan Energy Regulatory Agency jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA