Prayk
Təsərrüfat işləri üzrə mütəxəssis — Vakansiyalar, Bakı
Kelishiladi

Təsərrüfat işləri üzrə mütəxəssis

Tekshirilgan1 hafta oldin
Shahar
Bakı
Kategoriya
Vakansiyalar
Sana
Koʻrishlar
1
Raqam
№4601247

Tavsif

İş haqqında məlumat: Təsvir"ATS Mill MMC"-nin Xırdalan şəhərində yerləşən istehsalat və administrative kompleksi üçün müəssisədaxili təmizlik, nizam-intizam və operativ təsərrüfat proseslərinin fasiləsizliyini təmin edəcək Təsərrüfat işləri üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə ofis və istehsalat/anbar ərazilərində təmizlik və sanitariya standartlarına riayət olunmasına nəzarəti, təsərrüfat heyətinin (təmizlikçilər və köməkçi fəhlələr) işinin planlaşdırılması və koordinasiyasını, xırda texniki-təmir ehtiyaclarının vaxtında qarşılanmasını, eləcə də ləvazimat təminatı və inzibati təşkilati məsələlərin effektiv idarə olunmasını əhatə edir.Əsas ÖhdəliklərOfis, müəssisə ərazisi və təsərrüfat sahələrində təmizlik və səliqəyə nəzarət etmək;Təmizlikçi və təsərrüfat işçilərinin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;Əraziyə mütəmadi baxış keçirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;Təsərrüfat ləvazimatları və təmizlik vasitələrinə olan ehtiyacı müəyyən etmək, onların təminatını və uçotunu təşkil etmək;Texniki xidmət və xırda təmir işlərini təşkil və koordinasiya etmək;Gündəlik təsərrüfat işlərinin fasiləsiz və səmərəli təşkilini təmin etmək;Zərurət yarandıqda rəhbərliyin xarici işgüzar səfərləri ilə bağlı nəqliyyat və digər təşkilati məsələləri koordinasiya etmək;Daxili qaydalara və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək. Tələblər: Təhsil: Bakalavr təhsili;Təcrübə: Təsərrüfat və inzibati işlər sahəsində iş təcrübəsi olması üstünlükdür;Peşəkar və Texniki Biliklər:Təsərrüfat işlərinin təşkili və işçilərin fəaliyyətinə nəzarət bacarığı;Təsərrüfat ləvazimatlarının təminatı və uçotunun aparılması bacarığı;MS Office proqramlarında işləmək bacarığı;Şəxsi Keyfiyyətlər: Təşkilatçılıq və koordinasiya bacarıqları, məsuliyyətlilik, dəqiqlik, operativlik, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.Vakansiya növü - Tam ştat Maaş: Ə/h razılaşma ilə Son müraciət: 28/10/2026
REKLAMA