
Bakı3
Texniki işçi

Kelishiladi
Texniki işçi
TekshirilganBugun
ShaharBakı
Sana
Koʻrishlar3
Raqam№4895853
Tavsif
Müəssisənin texniki avadanlıqlarına, su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemlərinə mütəmadi texniki baxış keçirmək.Avadanlıq və sistemlərdə yaranan nasazlıqları müəyyən etmək, onların səbəblərini araşdırmaq və aradan qaldırmaq.Planlı profilaktik texniki xidmət və təmir işlərini həyata keçirmək.Su boruları, kranlar, ventil, nasoslar və digər texniki qurğuların quraşdırılması, təmiri və dəyişdirilməsini təmin etmək.Mexaniki avadanlıqların və mühəndis-kommunikasiya sistemlərinin düzgün istismarına nəzarət etmək.Texniki nasazlıqlar və qəza halları zamanı operativ müdaxilə etmək, zəruri hallarda aidiyyəti üzrə məlumat vermək.Təmir və texniki xidmət işləri zamanı tələb olunan alət və materiallardan təyinatına uyğun istifadə etmək.Görülmüş texniki xidmət və təmir işləri barədə müvafiq qeydlər aparmaq və hesabatlılığı təmin etmək.İş zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət etmək.Texniki avadanlıqların və iş alətlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək.Müəssisənin fasiləsiz fəaliyyətinə mane ola biləcək texniki problemlərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək.Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Mexanik, mühəndislik və ya santexnika sahəsində orta ixtisas və ya ali təhsil.Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.Texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri üzrə biliklər.Su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemləri ilə işləmək bacarığı.Nasazlıqların operativ aşkar edilməsi və aradan qaldırılması üzrə praktiki bacarıqlar.Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək.Profilaktik baxış və texniki servis işlərini həyata keçirmək bacarığı.Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.İşlərin vaxtında və keyfiyyətli icrasına diqqətli yanaşma.Fövqəladə hallarda çevik qərarvermə və problem həll etmə bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-texniki-isci-50594209/apply
REKLAMA





