
Bakı12
Texniki xidmət şöbəsinin müdiri
Texniki xidmət şöbəsinin müdiri
Kelishiladi
Tekshirilgan1 hafta oldin
Tavsif
Texniki xidmət (Maintenance) komandasının gündəlik fəaliyyətini təşkil etmək, idarə etmək və iş bölgüsünü təmin etmək;Zavodun istehsal avadanlıqlarının fasiləsiz, təhlükəsiz və səmərəli işləməsini təmin etmək;İstehsal avadanlıqlarına müntəzəm texniki baxışların keçirilməsini, planlı profilaktik xidmət və təmir işlərinin vaxtında icrasını təmin etmək və nəticələrini izləmək;Planlaşdırılmamış nasazlıqlara operativ müdaxiləni təşkil etmək, təmir işlərini xidmət səviyyəsi razılaşmalarına (SLA), istehsal ehtiyaclarına və müəyyən edilmiş prioritetlərə uyğun idarə etmək;Avadanlıqlarda yaranan nasazlıqların əsas səbəblərini müəyyənləşdirmək, təkrarlanmasının qarşısını almaq və etibarlılığın artırılması üçün qabaqlayıcı tədbirlər görmək;Avadanlıqların dayanma müddətini azaltmaq, texniki xidmətin səmərəliliyini və istehsal prosesinin davamlılığını artırmaq;Texniki xidmət işlərinin keyfiyyət, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və müvafiq ISO standartlarının tələblərinə uyğun aparılmasını təmin etmək;Ehtiyat hissələrinin, texniki materialların və alətlərin ehtiyacını müəyyənləşdirmək, onların səmərəli istifadəsinə və mövcudluğuna nəzarət etmək;Texniki xidmət üzrə qeydlərin, təmir hesabatlarının və avadanlıqların texniki tarixçəsinin düzgün aparılmasını təmin etmək;Texniki xidmət göstəricilərini (KPI), o cümlədən avadanlıqların dayanma müddətini, nasazlıqların təkrarlanma tezliyini və təmirə sərf olunan vaxtı izləmək və təhlil etmək;Komanda üzvlərinin peşəkar inkişafını, bilik və bacarıqlarının artırılmasını, həmçinin təhlükəsiz iş vərdişlərinin formalaşdırılmasını təşviq etmək;İstehsal, Keyfiyyətə Nəzarət (QA), Mühəndislik və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək, texniki problemlərin operativ həllini əlaqələndirmək;Texniki xidmət proseslərinin təkmilləşdirilməsi və avadanlıqların iş səmərəliliyinin artırılması üzrə təşəbbüslər irəli sürmək.
Vakansiya növü: Tam ştat
Şirkət: "Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/zirehisc/zirehisc-texniki-xidmet-sobesinin-mudiri-90523161/apply
REKLAMA






