Prayk

Tibbi heyət tələb olunur

500 ₼
Tekshirilgan3 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№3156023

Tavsif

Kepro Estetik Klinika Tibb bacısı Vəzifə öhdəlikləri 1.Həkim-kosmetoloq tərəfindən təyin olunan profilaktik və müalicəvi tədbirlərini həyata keçirir. 2.Kosmetik prosedurların icrasını təmin edir. 3.Avadanlıqları işə hazırlayır, onların sazlığına və düzgün istismarına, vaxtında təmirinə və silinməsinə nəzarət edir. 4.Pasiyentləri prosedurlara hazırlayır, prosedur zamanı onların vəziyyətinə nəzarət edir. 5.Pasiyentlərin və tibbi heyətin infeksiyadan qorunmasını təmin edir, tibbi reabilitasiya şöbəsində infeksion nəzarət tələblərinə əməl edir. 6.Tibbi sənədləri aparır. 7.Prosedurlar zamanı kabinetdə aseptika və antiseptika qaydalarına ciddi şəkildə əməl olunmasını təmin edir. 8.Alət və materialları qüvvədə olan təlimatlara uyğun sterilizasiya edir. 9.Alət, avadanlıq, dərman və materiallara dair tələbatı vaxtında tərtib edir və müəyyən olunmuş qaydada onların təminatını həyata keçirir. 10.Prosedur kabinetinin sanitariya-gigiyena vəziyyətini təmin edir. Tələblər: •Tibb bacısı ixtisası üzrə orta ixtisas təhsili (dövlət və ya özəl tibb kollecinin diplomu). •Damar daxili inyeksiyalar (sistem qoşulması və iynə vurulması) üzrə praktik bacarıqlara sahib olmaq Ən azı 6 ay işlədiyi sahədə təcrübə. •Kompyuter bacarıqları üstünlükdür. •Azərbaycan dili səlist, rus dili – yaxşı •Pasiyentlərlə etik davranış, gülərüz və məsuliyyətli yanaşma •Komanda ilə işləmə bacarığı, •İşini dəqiqliklə, diqqətlə və məsuliyyətlə yerinə yetirmək. İş Şəraiti: •İş qrafiki: Həftənin 2, 3, 5 cü günləri saat 09:00 – dan 20:00 – dək digər günlər istirahət günləridir. •Əmək haqqı: 500 azn (net) Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV- zi mövzu hissəsində "Tibb bacısı" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Fəaliyyət sahəsi: Tibb və əczaçılıq İxtisas: Tibbi heyət Şirkət növü: Birbaşa işəgötürən İş qrafiki: Növbəli İş təcrübəsi: 1 ildən aşağı Təhsil: Orta xüsusi İş yerinin ünvanı: Həsənoğlu küç
REKLAMA