23
Tikinti mühəndisi / Baş mühəndis

Kelishiladi
Tikinti mühəndisi / Baş mühəndis
Tekshirilgan1 hafta oldin
Sana
Koʻrishlar23
Raqam№3854091
Tavsif
Bu vəzifə üçün yalnız diplomu və ya iş təcrübəsi olan deyil, tikintini praktiki olaraq bilən, sahədə prosesləri idarə edə bilən, podratçı və ustalarla işləməyi bacaran, gördüyü işə məsuliyyətlə yanaşan güclü kadr axtarırıq.
Əsas vəzifələr:
Tikinti və təmir işlərinin sahədə gündəlik nəzarətini həyata keçirmək;
İFC,Shop Drawing,Method Statement,İTP,RFİ və digər texniki sənədləri konstruksiya hissəsi üzrə yoxlamaq və müvafiq rəy vermək
*Layihə ilə faktiki tikinti vəziyyəti arasında uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün texniki təkliflər hazırlamaq
Podratçılar, ustalar və işçi qruplarının işini koordinasiya etmək;
Tikinti zamanı layihədə dəyişiklik tələb edən məsələləri müəyyən etmək
Layihə və işçi çertyojlarını oxumaq və sahədə tətbiqinə nəzarət etmək;
Tikinti qrafikinin hazırlanması və icrasını izləmək;
Texniki problemləri operativ müəyyən etmək və həll yolları təklif etmək;
Podratçıların təqdim etdiyi iş həcmlərini və görülmüş işləri yoxlamaq;
Tikinti prosesində yaranan gecikmə və problemlərin qarşısının alınmasını təmin etmək.
Namizədə tələblər:
Tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti sahəsində minimum 5 il praktiki iş təcrübəsi;
Yaşayış, villa, otel, kommersiya və ya iri layihələrdə təcrübə üstünlükdür;
Tikinti proseslərini və materiallarını yaxşı bilməli;
Layihə və çertyojları oxumağı bacarmalı;
AutoCAD və MS Office proqramlarını bilməli;
BOQ və iş həcmlərinin hesablanması üzrə praktiki biliyə malik olmalı;
Podratçı və işçi heyətini idarə etmək bacarığı;
Tikinti sənədləri ilə işləmə bacarığı
Sahədə aktiv işləməyə hazır olmalı.
İş şəraiti
İş yeri: Green City Resort & Residence, Şıxov
İş qrafiki: Tam iş günü
Nahar verilir
Servis var
Əmək haqqı: Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılır.
Qeyd: Yalnız real praktiki təcrübəsi olan və tikinti prosesini başdan sona idarə edə bilən namizədlərə üstünlük veriləcək.
Əlaqə: 0103341747
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 05.11.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Green City Resort & Residence jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA
